Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə institutun doktorant və dissertantlarının attestasiyası keçirilib. Şura üzvləri fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul haqqında AMEA Rəyasət Heyətinin qərarı ilə tanış edilib. İclasda həmçinin, institutun II kurs magistr dissertasiyalarının […]

“Sərhəd şərtində spektral parametr olan Şturm-Liuvill operatoru üçün tərs məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Nəbiyev İbrahim Mayıl oğlu “Sərhəd şərtində spektral parametr olan Şturm-Liuvill operatoru üçün tərs məsələ” mövzusunda məruzə edib. Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametr iştirak edən halda Şturm-Liuvill operatorunun bərpası üçün kafi şərtlər haqqında danışılıb. © Bütün […]

E L A N

19.04.2018–ci il saat 11:00-da “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçiriləcəkdir. Seminarda laboratoriyanın b.e.i. Zakir Zabidov “İdentifikasiya məsələlərində empirik-statistika modelləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə eksperimental məlumatların ilkin emal metodları və empirik-statistika modellərinin qurulmasının məqsədi və əsas problemləri müzakirə olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Aprelin 21-də “Oxu günü” keçiriləcək

Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə “Oxu günü” keçiriləcək. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edəcəklər. […]

E L A N

20.04.2018-сi il tarixində saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda məruzəsinin davamı olacaqdır. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilib. Silindrin […]

Elmi şuranın növbəti iclası keçiriləcək

17.04.2018-ci il tarixində  AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda institutun doktorant və dissertantlarının attestasiyası, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri, II kurs magistrantların dissertasiya müdafiəsinin təşkili və digər gündəlikdə duran məslələr müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər