Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçirilib. Seminarda laboratoriyanın böyük elmi işçisi Zakir Zabidov “İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda məruzə edib. Məruzədə konkret coğrafi ərazi üçün yaşıl, qırmızı, mavi və Nir spektral verilənlərə görə əlamətlər çoxluğunun formalaşdırılması və uyğun indekslərin seçilməsi məsələləri müzakirə olunub. © Bütün hüquqlar qorunur. […]

AMEA alimlərinin Avropada postdoktoral tədqiqatlar aparmaları məqsədilə müsabiqə elan edilib

AMEA-nın alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilir. Müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər. Müsabiqə üçün tələb olunan sənədlərin siyahısı: – Namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubu; – AMEA-nın elmi müəssisəsinin elmi şurasının qərarı (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi […]

E L A N

13.04.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operatorun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun alimləri Sankt-Peterburqda keçiriləcək Beynəlxalq konfransa dəvət olunublar

17-19 aprel tarixlərində Sankt-Peterburq şəhərində A.İ. Qertsen adına Rusiya Dövlət Pedaqoji Universitetində “71-ci Qertsen mühazirələri” Beynəlxalq elmi konfrans keçiriləcək. Konfransa Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov, “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov və institutun elmi katibi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tamilla Həsənova dəvət olunublar. Tədbirdə alimlər […]

Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq qərara alıram: Hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 aprel 2018-ci il.

E L A N

12.04.2018 –ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçiriləcəkdir. Seminarda laboratoriyanın böyük elmi işçisi Zakir Zabidovun “İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə konkret coğrafi ərazi üçün yaşıl, qırmızı, mavi və Nir spektral verilənlərə görə əlamətlər çoxluğunun formalaşdırılması və uyğun indekslərin seçilməsi məsələləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. […]

Faydalı linklər