21.02.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Qurbanov Vəli Məhərrəm oğlu “Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda məruzə edəcək. Məruzədə matris əmsallı dördüncü (üçüncü) tərtib adi diferensial operatorun məxsusi funksiyalar sistemi üzrə ortoqonal ayrılışların parçada mütləq və müntəzəm yığılması və müntəzəm yığılma sürətinin […]
19/02/2018
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov Moskva şəhərində Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasında keçiriləcək beynəlxalq elmi-praktiki konfransa dəvət olunublar. Martın 15-16 tarixlərində baş tutacaq “Müəllimin peşəkarlığı: mahiyyəti, məzmunu, inkişaf perspektivləri” adlı konfrans M.Ş. Makarenkonun 130 illik ildönümünə həsr olunub. […]
19/02/2018
Tusinin elmi irsinin araşdırılması haqqında. N.Tusinin elmi irsi özünün müasirləri və sonrakı alimlərin daim diqqət mərkəzində olmuşdur. Artıq XIII əsrin sonu, XIV əsrin birinci yarısında yaşamış, Təbrizdə monqol xanları Qazan və Olceytunun saraylarında işləmiş Nizam əd-Din əl-Həsən ibn Mühəmməd ibn Hüseyn əl-Ərac əl-Qummi ən-Nisaburi Tusinin astronomiya, həndəsə, fəlsəfə sahəsində əsərlərinə şərhlər yazmışdır. Onun “Təsanif sultan […]
19/02/2018
Fevralın 17-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb. […]
16/02/2018
Nəsirəddin Tusi kimi məşhur olan Nəsir əd-Din Əbu Cəfər Mühəmməd[1] ibn Mühəmməd ibn Həsən ət-Tusi 18 fevral 1201-ci ildə Tus (bəzi rəvayətlərə görə Həmədan) şəhərində anadan olmuş, 25 iyun 1274-ci ildə Bağdadda olarkən xəstələnərək vəfat etmiş, Kazimeyndə[2], yeddinci imam Musa ibn Cəfərin (ə.s) məzarı yaxınlığında dəfn edilmişdir. N.Tusinin ən qısa tərcümeyi-halı budur. Hər bir insanın […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu haqqında danışılıb. Həmçinin ümumiləşmiş çəkili […]