17/07/2017
Birləşmələr (kombinatorika) – Riyaziyyatın, sonlu çoxluqların elementlərinin müxtəlif birləşmələrindən (bax: permutasiyalar, aranjemanlar, kombinezonlar) bəhs edən sahəsidir. Birləşmələrə aid məsələlərə ilk dəfə XVI-XVIII əsrlərdə , ehtimal nəzəriyyəsinin yaranması ilə əlaqədar, baxılmışdır. Burada eyniehtimallı elementar hadisələrə əsasən verilmiş hadisənin başvermə ehtimalının hesablanması birləşmələr nəzəriyyəsinin məsələlərinə gətirilir. Birləşmələr nəzəriyyəsi, həm də çoxhədlilər cəbrinə tətbiq olunur. (bax: Nyuton binomu, Paskal […]
16/07/2017
Üç il əvvəl riyaziyyat üzrə nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib. Onun 40 yaşı olub. Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi. İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb. O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci […]
14/07/2017
“Diferensial tənliklər ” şöbəsində 2017-ci ildə 1 mövzu üzrə 10 elmi iş yerinə yetirilir. 2017-ci ilin birinci yarımilində şöbədə ümumilikdə 30 məqalə çapa göndərilib və çap olunub, 8 tezis çap edilib. Hesabat dövründə şöbənin əməkdaşları prof. Aqil Xanməmmədov və dos. Nigar Aslanova Ümuminstitut seminarında məruzə ilə çıxış ediblər. Həftənin üçüncü günləri saat 12.00 şöbədə Ə.B.Əliyevin […]
13/07/2017
İyulun 10-da Türkiyənin Ahi Evran Universitetində (Kırşehir) AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda dünyanın 15 ölkəsindən – Azərbaycan, Rusiya, Yaponiya, Polşa, Hindistan, Tunis, İtaliya, […]
13/07/2017
İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AMEA Rəyasət Heyəti və “Thomson Reuters” agentliyinin Moskva və Kiyev nümayəndəlikləri tərəfindən AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı keçirilib. 11-12 iyul 2017-ci il tarixlərdə keçirilən sertifikasiya proqramında AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak edib. Sonda “Web of Science” məlumat platforması üzrə sertifikasiya […]
13/07/2017
Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının elmi işlərinin kataloquna 80 məqalənin kartları yerləşdirilib, o cümlədən yerli və xaricdə çap olunmuş məqalələr, tezislər, kitab və monografiya. Şöbəyə daxıl olmuş 8 dissertasiya (2 doktorluq və 6 namizədlik) avtoreferatları kataloqa yerləşdirilmişdir. Daha ətraflı>> © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.