Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Çox solenoidli Aharonov-Bohm potensiallı maqnit sahəsinin və divergensiyasının təsviri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında BDU-nun tətbiqi riyaziyyat kafedrasının dosenti f.-r.e.n. Elşad Hətəm oğlu Eyvazov “Çox solenoidli Aharonov-Bohm potensiallı maqnit sahəsinin və divergensiyasının təsviri” mövzusunda məruzə edib. İşdə çox solenoidli Aharonov-Bohm potensialı üçün maqnit sahəsi və divergensiyasının aşkar düsturları tapılmışdır. Bu potensialın riyazi mahiyyəti açıqlanmışdır. Onların sonlu sayda nazik solenoidlərə mərkəzləşmiş sinqulyar ümumiləşmiş finksiyalar olduğu göstərilmişdir. Aharonov-Bohm […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirə aprelin 13-ü saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək. Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu […]

Professor Misir Mərdanov və professor Ramiz Aslanov elmi-praktiki konfransa dəvət olunublar

AMEA Riyaziyyat və Mexanika İnstitututnun direktoru, fizika–riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov mayın 10-13 tarixlərində M. Tank adına Belorusiya Dövlət Peaqoji Universitetində keçiriləcək “Fizika-riyaziyyat təhsili: məqsədlər, nailiyyətlər, perspektivlər” elmi-praktiki konfransın işində iştrak etmək üçün dəvət olunublar. Professor Misir Mərdanova gələn dəvət məktubu linkdə >> […]

Evklid və onun “Başlanğıclar” əsəri

Evklid b.e.ə. III əsrdə yaşamış qədim yunan alimidir. Onun haqqında tarixdə az məlumat qalmışdır. Evklidin elmə çox böyük xidməti olmuşdur. O, Həndəsədən o vaxtlar məlum olan faktları toplamış, sistemə salmış və yeni faktlarla zənginləşdirmişdir. Bu elmi fəaliyyət öz əksini onun yazdığı “Başlanğıclar” əsərində tapmışdır. Evklidin bu əsərində Həndəsə o qədər mükəmməl qurulmuşdur ki, 2000 il […]

E L A N

12.04.2017-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasa aşagıdakı məsələlər müzakirə olunacaq: 1. 24 fevral 2017-cı il tarixli “Elm” qəzetində dərc olunmuş elana əsasən müsabiqənin keçirilməsi haqqında . 2.AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında (AMEA Prezidentinin 17 mart 2017-ci […]

E L A N

12.04.2017-ci il tarixində saat 14:00 da “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f.r.e.d., prof. Qabil Qəribxan oğlu Əliyev “Kiçik ölçülü sistemlərdə kvant-mexanika effektləri nəzərə alınmaqla ideal mayenin hidrodinamikası” mövzusunda çıxış edəcəkdir. Baxılan məsələdə kvant mexanika effektlərinin ideal mayenin hərəkətinə təsiri müzakirə olunacaqdır. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Faydalı linklər