Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi aprelin 6-sı saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda mühazirə keçirəcək. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsi böyük elmi işçisi ,f.-r.e.n. […]

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 4-cü elmi-populyar mühazirə YouTube kanalımızda

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Dördüncü mühazirə martın 16-sı keçirilib. “Birləşmələr nəzəriyyəsinin əsasları (davamı)” mövzusunda keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz. Mühazirədə birləşmələr nəzəriyyəsinin əsas elementləri, tətbiqləri haqqında məktəb kursuna daxil olan və digər […]

E L A N

05.04.2017 tarixində Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Yavuz oğlu Axundov ”Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər” mövzusunda məruzə edəcək. Məruzə yarımxətti parabolik və elliptik tip tənliklər üçün bəzi əmsallı tərs məsələlərin Tixonov mənada korrektliyinin tədqiqinə həsr olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Apolloni məsələsi

Aşağıdakı məzmunda çox məşhur qurma məsələsi: “Pərgar və xətkeşin köməyi ilə verilmiş üç çevrəyə toxunan çevrə qurmalı”. Apolloni məsələsi inversiya çevirməsinin köməyi ilə həll olunur. İsbat olunur ki, əgər verilmiş çevrələrin hər biri o birilərinin xarici oblastında yerləşərsə, Apolloni məsələsinin 8 həlli var. Əgər çevrələrin üçü də bir-birinə eyni bir nöqtədə toxunursa, məsələnin sonsuz sayda […]

E L A N

05.04.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit metrikalı fəzalarda Ermit operatorları” mövzusunda çıxış edəcəkdir. Məruzədə L.S. Pontryaqin tərəfindən daxil edilmiş indefinit metrika və indefinit metrikalı fəza anlayışları haqqında ümumi məlumat verilir; indefinit metrikalı fəzalarda Ermit operatorunun spektral xassələrinin tədqiqi şərh edilir. Arzu edənlər […]

E L A N

Hər həftənin 3-cü günü saat 12:00-da Riyaziyyat və Mexanika Institutunda AMEA-nın müxbir üzvü, professor R.V. Hüseynovun rəhbərliyi ilə ”Riyazi fizika tənlikləri” şöbəsinin ”Diferensial tənliklərin keyfiyyət xassələri” adlı seminarı keçirilir. 05.04.2017 tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin seminarında professor Fərman Məmmədov Cristian E. Gutierrez və Federico Tournier-in ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsində alınmış […]

Faydalı linklər