Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Şakir Yusubov “Dirixle məsələsinin iki müxtəlif qoyuluşu” mövzusunda məruzə edib. Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə baxılıb. Bu məsələnin klassik Dirixle məsələsinə ekvivalentliyi isbat olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]
05.05.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Şredinger operatorunun doğurduğu Marçinkeviç inteqralı və onun kommutatorunun sıfırlanan ümumiləşmiş Morri fəzasında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Şredinger operatorunun doğurduğu Marçinkeviç inteqralı və onun kommutatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğu, […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru Qaraxan Mirzəyev “Ümumiləşmiş Yakobi matrisləri polinomial əmsallı adi diferensial operatorların matris göstərilişi kimi” mövzusunda məruzə edib. Məruzə L2(-∞;+∞) fəzasında polinomial əmsallı xətti diferensial ifadələrin doğurduğu minimal diferensial operatorların matris göstərilişinə həsr olunmuşdur. İrrequlyar diferensial ifadələr halı, yəni […]
“Diferensial tənliklər” şöbəsinin növbəti seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti ŞAKİR YUSUBOV “ALTINCI TƏRTİB BİR PSEVDOPARABOLİK TƏNLİK ÜÇÜN DİRİXLE MƏSƏLƏSİNİN İKİ MÜXTƏLİF QOYULUŞU” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə baxılıb. Bu məsələnin klassik Dirixle […]
03/05/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin müdafiə şurasında “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda […]
05.05.2017-ci il tarixində saat 13.00 –da “Elastiklik nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirləcəkdir. Seminarda Natiq Səməndər oğlu Rzayevin “Qeyri bircins özlü elastik əsas üzərində yerləşən müxtəlif modullu düzbucaqlı lövhənin sərbəst rəqsləri” mövzusunda çıxış edəcəkdir. Məruzə qeyri-bircins özlü elastik əsas üzərində yerləşən müxtəlif modullu düzbucaqlı lövhənin sərbəst rəqslərinə həsr olunmuşdur. Məsələnin həlli dəyişənlərinə ayırma və Bubnov-Qalerkinin ortoqonalaşdırma […]