Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda AMEA RMİ-nun “Diferensial tənliklər” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Şəmsiyyə Muradovaya 1211.01-Diferensial tənliklər ixtisası üzrə və “Funksional analiz” şöbəsinin böyük elmi işçisi f-r.e.n. Vüqar Xəlilova isə 1208.01-Ehtimal nəzəriyyəsi ixtisası üzrə dosent elmi adının verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti […]

“Hiperbolik tənliklər üçün optimal idarəetmə nəzəriyyəsinin inkişaf tarixi və bəzi idarəetmə məsələləri ” mövzusunda Ümuminstitut seminarı keçirildi

Bu gün Ümuminstitut seminarını AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açaraq institutmuzun kollektivini ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. Sonra professor Misir Mərdanov institutun “Cəbr və riyazi məntiq ” şöbəsinin aparıcı elmi işcisi, riyaziyyat üzrə fəlsəfə doktoru Yusufov Vladimir Şəmiloviçin vaxtsız ölümündən kədərləndiyini seminar iştirakçıları ilə bölüşmüş və […]

E L A N

16.03.2017-cı il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, t.e.d. Ramin Rza oğlu Rzayev «QEYRİ-SƏLİS MƏNTİQ TARİXİ RAKURSDA: ƏSAS ANLAYIŞLAR VƏ ƏSASLAR» mövzusunda məruzə edəcəkdir. Məruzədə tarixi verilənlərin pozisiya-binar tərkiblərin qeyri-səlis təhlilinə əsaslanan volatil zaman sıraların yeni proqnozlaşdırma modelləri təqdim olunur. Təklif olunan modellərin prinsipial fərqləndirici […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirə martın 16-sı saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçiriləcək. Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunun davamını çıxış […]

“Hərəkət çevrilmələri” mövzusunda keçirilən ikinci mühazirə YouTube kanalımızda

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. İkinci mühazirə martın 2-si keçirilib. “Hərəkət çevrilmələri” mövzusunda keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz. Mühazirə məktəb kursunda öyrənilən hərəkət anlayışına, onun növlərinin əsas xarakteristikalarına, müxtəlif hərəkət növlərinin superpozisayalarına, istənilən hərəkətin bu […]

E L A N

Martın 15-də saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər