14/03/2017
Azərbaycanda funksional analiz, diferensial tənliklər və funksiyaların spektral nəzəriyyəsi sahəsində tanınmış alim Fəraməz Qəzənfər oğlu Maqsudovun anadan olmasından 87 il ötür. Fəraməz Qəzənfər oğlu Maqsudov 20 mart 1930-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1954-1957-ci illərdə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş, […]
13/03/2017
15.03.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin professoru, f.-r.e.d Hamlet Quliyev “Hiperbolik tənliklər üçün optimal idarəetmə nəzəriyyəsinin inkişaf tarixi və bəzi idarəetmə məsələləri ” mövzusunda məruzə edəcəkdir. Məruzədə xüsusi törəməli tənliklərlə, əsasən də hiperbolik tənliklərlə təsvir olunan proseslərdə idarəetmə məsələlərinin yaranması, inkişaf tarixi və məruzəçinin son dövrlərdə yerinə yetirdiyi işlərlə bağlı çıxışı nəzərdə […]
13/03/2017
Avstriya Elmlər Akademiyasının təşkil etdiyi JESH «Elmdə Birgə Nailiyyətlər və Bilik» proqram tədqiqatçılar üçün müxtəlif elm sahələrdə heç bir məhdudiyyət qoyulmadan ən yüksək səviyyədə beynəlxalq əlaqələrin stimullaşdırmaq məqsədi daşıyır. Proqram, qarşılıqlı elmi əməkdaşlıq əsasında qurulan, öz elmi proqramları inkişaf etmək üçün imkan verən və Avstriya tədqiqat komandaları və ya fərdi tədqiqatçılar ilə birgə beynəlxalq səviyyədə […]
10/03/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının tərkibi 03 mart 2017-ci il tarixli 26 №-li əmr ilə təsdiq edilmişdir. Bu gün təsdiq olunmuş dissertasiya şurasının ilk iclası keçirilib. İclasda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov yeni yaranmış […]
10/03/2017
10.03.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayeva “Bernşteyn-Xladovski polinomları ilə approksimasiya teoremləri” mövzusunda məruzə edib. Məruzədə Bernşteyn-Xladovski polinomunun törəməsi üçün nöqtəvi və müntəzəm yaxınlaşma teoremləri haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
10/03/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Üçüncü mühazirə martın 9-u saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirildi. Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunda çıxış etdi. Mühazirədə […]