Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi mövzusunda Ümuminstitut seminarı keçirilib

May 20-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında texnika elmləri namizədi, dosent, əməkdar mühəndis, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edib. Seminarda Dilmanc layihəsi çərçivəsində yaradılmış aşağıdakı sistemlərdən danışılıb: 1. Nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi sistemi (Dilmanc Translator/Conversation) 2. Nitqin avtomatik mətnə çevrilməsi sistemi (Dilmanc […]

Akademik S.M.Nikolskinin 110 illik yubileyinə həsr edilmiş “Funksiyalar fəzası və funksiyaların yaxınlaşma nəzəriyyəsi” adlı beynəlxalq konfransa dəvət olunmuş məruzəçilər arasında Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev də yer almışdır

Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev 2015-ci il mayın 25-dən 29-dək Rusiyanın Steklov adına Riyaziyyat İnstitutunda keçiriləcək akademik S.M.Nikolskinin 110 illik yubileyinə həsr edilmiş “Funksiyalar fəzası və funksiyaların yaxınlaşma nəzəriyyəsi” adlı beynəlxalq konfransa məruzəçi qismində dəvət almışdır. AMEA-nın müxbir üzvi, professor Vaqif Quliyev “Karnot qruplarında təyin edilmiş […]

E L A N

20.05.2015-ci il saat 10.00-da Ümuminstitut seminarında texnika elmləri namizədi, dosent, əməkdar mühəndis, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edəcəkdir. Seminarda dilmanc layihəsi çərçivəsində yaradılmış aşağıdakı sistemlərin təqdimatı da nəzərdə tutulur: * Nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi sistemi (Dilmanc Translator/Conversation) * Nitqin avtomatik mətnə çevrilməsi sistemi (Dilmanc […]

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Nazim Məmmədov bildirib ki, görüşdə məqsəd birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşüb müsahibə aparmaq və onlar arasında seçim etmək, […]

“Sinqulyar inteqralların hamarlıq ölçən maksimal funksiya terminlərində xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Mayın 13-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Sinqulyar inteqralların hamarlıq ölçən maksimal funksiya terminlərində xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Rəhim Rzayev məruzə edib. Məruzədə hamarlıq ölçən bəzi maksimal funksiyalardan, onların köməyi ilə təyin edilən funksional fəzalardan, çoxölçülü sinqulyar inteqralların xassələrindən bəhs edilib. Burada həmçinin hamarlıq […]

E L A N

13.05.2015-ci il saat 10.00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Rəhim Mikayıl oğlu Rzayev “Sinqulyar inteqralların hamarlıq ölçən maksimal funksiya terminlərində xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə hamarlıq ölçən bəzi maksimal funksiyalardan, onların köməyi ilə təyin edilən funksional fəzalardan, çoxölçülü sinqulyar inteqralların xassələrindən bəhs ediləcəkdir. Burada həmçinin hamarlıq ölçən maksimal funksiyalarla […]

Faydalı linklər