Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elastik maye ilə doldurulmuş elastik sferik örtüyün sərbəst rəqsləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Noyabrın 12-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elastik maye ilə doldurulmuş elastik sferik örtüyün sərbəst rəqsləri” mövzusunda Ümuminstitut seminarını keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d., prof. Cəfər Ağalarov məruzə edib.

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

​Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Azərbaycan Dövlət Neft Akademiyasının dissertantı Mehman Əkbərov və AMEA Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Rəşad Allahverdiyev mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər. Mehman Əkbərov “Sualtı boru kəmərinin böyük dərinliklərə salınmasının texnoloji variantlarının nəzəri və praktiki əsaslandırılması” mövzusunda, Rəşad Allahverdiyev isə […]

“İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Noyabrın 5-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Bəhram Əliyev məruzə edib. Məruzə sonlu parçada sərhəd şərtlərinə spektral parametr və həmçinin qeyri-məhdud operator daxil olduqda ikinci tərtib elliptik tip diferensial operator tənlik üçün […]

03.11.2014 tarixində Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitunda Elmi Şuranın növbəti iclası keçirildi. Elmi Şuranın bu həftə qrafik əsasında keçirilən iclaslarında 2014-cü il üzrə şöbələrin elmi və elmi-təşkilati fəaliyyətlərinin hesabatları dinlənilir. Bu gün institutun “Cəbr və riyazi məntiq”, “Tətbiqi riyaziyyat”, “Funksiyalar nəzəriyyəsi”, “Maye və qaz mexanikası” şöbələrinin müdirləri Elmi Şura üzvlərinə rəhbərlik etdikləri şöbələrin illik fəaliyyəti […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya şurasında Rafiq Rəsulov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi, Sevinc Xalıqova isə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib.

Oktyabrın 31-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya şurasında Rafiq Rəsulov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi, Sevinc Xalıqova isə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib.  Azərbaycan Müəllimlər  İnstitutunun  Şəki filialının direktoru Rafiq Rəsulov “Qeyri-xətti parabolik və hiperbolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda dissertasiya işi müdafiə edib. Dissertasiyada alınmış […]

29.10.2014 tarixində Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Iclasda institutun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsi, Elmi Texniki İnformasiya laboratoriyası, Kitabxana və Hesablama texnikası vasitələri laboratoriyasının illik hesabatları dinlənilib. Həmçinin, iclasda şöbələrin problemləri səsləndirilib və bu problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.

Faydalı linklər