Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

19.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Rakib Feyruz oğlu Əfəndiyev “ Ulduz tip qraflarda kompleks Hill operatorunun spektral analizi” mövzusunda məruzə edəcəkdir. Hill operatoru üçün qeyri kompakt ulduz tip qraflarda spektral analizi tədqiq edilmişdir. Operatorun spektri öyrənilmiş, potensialların bərpası üçün yeganəlik teoremi daxil edilmişdir. Tərs məsələnin konstruktiv […]

E L A N

21 noyabr 2014-cü il tarixində saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Gülnar Rövşən qızı Şamilovanın “Düzbucaqlı prizmalarda və silindirlərdə qeyri-stasionar dalğaların yayılması prosesinin tədqiqi” mövzusunda və Əli Rza oğlu Məmmədovun “Qabarıq silindrik səthə yaxın yerləşmiş periodik əyrilikli […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

12 noyabrda AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilimişdir. İclasda “Diferensial tənliklər” və “Sürüncəklik nəzəriyyəsi” şöbələrinin illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilmişdir. Elmi şurada AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəsmi internet səhifəsinin (www.imm.az) hesabatında “Hesablama Riyaziyyatı və İnformatika” şöbəsinin elmi işçisi Aynurə Cəfərova il ərzində görülmüş işlər barəsində ətraflı məlumat […]

“Elastik maye ilə doldurulmuş elastik sferik örtüyün sərbəst rəqsləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Noyabrın 12-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elastik maye ilə doldurulmuş elastik sferik örtüyün sərbəst rəqsləri” mövzusunda Ümuminstitut seminarını keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d., prof. Cəfər Ağalarov məruzə edib.

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

​Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Azərbaycan Dövlət Neft Akademiyasının dissertantı Mehman Əkbərov və AMEA Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Rəşad Allahverdiyev mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər. Mehman Əkbərov “Sualtı boru kəmərinin böyük dərinliklərə salınmasının texnoloji variantlarının nəzəri və praktiki əsaslandırılması” mövzusunda, Rəşad Allahverdiyev isə […]

“İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Noyabrın 5-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Bəhram Əliyev məruzə edib. Məruzə sonlu parçada sərhəd şərtlərinə spektral parametr və həmçinin qeyri-məhdud operator daxil olduqda ikinci tərtib elliptik tip diferensial operator tənlik üçün […]

Faydalı linklər