Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Yaponiya mühəndisləri məlumatların ötürülməsində rekord sürətə nail olublar

Yaponiya mühəndisləri saniyədə 22,9 petabit sürətə malik optik liflə məlumatların ötürülməsi rekordunu yeniləyiblər. Bu göstərici bütün dünyadakı saniyə üzrə internet trafikindən 20 dəfə çoxdur. Bu, əvvəlki – saniyədə 10,66 petabit olan dünya rekordundan düz iki dəfə artıqdır. Saniyə üzrə qlobal internet trafiki bir saniyədə qlobal internet şəbəkəsi boyunca ötürülən ümumi məlumatların məcmusudur. Buraya veb-səhifələrinə baxmaq, […]

Dahiləri bir də belə tanıyaq!

Uilyam Ceyms Sidis Yüksək zəkaları ilə adlarını tarixə yazmış insanlar çoxdur. Bunlara misal olaraq, Albert Eynşteyn, İsaak Nyuton və Mark Zukerberq kimi dahi şəxsiyyətlərin adlarını çəkmək olar. Lakin haqqında bəhs edəcəyimiz bu şəxsin adı çoxlarına  tanış gəlməsə də, o 250-300 arasında IQ-si (intelligence quotient) ilə bütün dahiləri geridə qoyaraq dünyanın ən ağıllı insanı kimi tarixə […]

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi

Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün açılış mərasimi keçirilib. Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq üçüncü ildir ki ənənəvi […]

İsrailli neyrofizioloqlar insan şüurunu saxlamağın sirrini açıblar

İsrailli nevroloqlar insan beynində neyronların təəccüblü xüsusiyyətlərini aşkar ediblər və onların fikrincə, bu xüsusiyyət şüurun saxlanmasında əsas rol oynayır. “Neprosto.fun” nəşri  xəbər verir ki, onlar retikulyar formasiya kimi tanınan ərazidə yerləşir – bu, insan beyninin fəaliyyətinin bir çox aspektlərinə işıq sala biləcək əhəmiyyətli kəşfdir. Alimlər hesab edirlər ki, retikulyar formasiyadakı iri sinir hüceyrələri sinir sisteminin […]

Elm və təhsil naziri media üçün brifinq keçirib

Noyabrın 30-da Elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib. Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib: Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində 2024-cü ilin sentyabr ayının 15-dən 800 – 1000 tələbənin təhsil alması planlaşdırılır. İlkin olaraq 30-40 nəfərdən ibarət akademik və köməkçi heyətin cəlbi nəzərdə tutulur. Qarabağ Universitetində SABAH qruplarının da təşkili […]

Riyaziyyat və Mexanika  İnstitutunda “SABAH” qruplarının nümayəndələri ilə görüş keçirilib

01 dekabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika  İnstitutunda Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsi ilə görüş keçirilib. “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev və ali təhsil müəssisələri üzrə “SABAH” Mərkəzinin rəhbərləri qonaq olublar. Qonaqlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovla görüşüblər. Görüşdə Eldar Qocayev […]

Faydalı linklər