Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Riyaziyyat və Mexanikanın Müasir Problemləri Akademik İbrahim İbrahimovun 110 illik yubileyinə həsr olunmuş Beynəlxalaq elmi konfransın PROQRAMI… Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: Mpmm.Imm.Az © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA-da akademik İbrahim İbrahimovun 110 illik yubileyi qeyd edilib

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Böyük zalında görkəmli alim, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq tədbir AMEA, Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransı […]

Akademik Arif Həşimov: “Akademik İbrahim İbrahimovun riyaziyyat sahəsi üzrə peşəkar kadrların yetişdirilməsində böyük xidmətləri olub”

Bu barədə AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfransdakı çıxışında məlumat verib. Akademik A.Həşimov çıxışında ölkəmizdə elmə və elm xadimlərinə hər zaman yüksək dəyər verildiyini vurğulayıb. AMEA rəhbəri müəllimi olmuş […]

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Akademik İbrahim İbrahimov riyaziyyat sahəsində elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı alimdir”

Bu fikirləri AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib. O, görkəmli alimin Azərbaycan riyaziyyat elminin inkişafındakı […]

Akademik Rasim Əliquliyev: “Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərimizdəndir”

Bu fikirləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev görkəmli alim, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib. Akademik Rasim Əliquliyev çıxışında Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, akademik İbrahim İbrahimovun […]

Plenar məruzələr

Plenar iclaslarda məruzə etdilər: Sədr: AMEA-nın müxbir üzvü, prof. Misir Mardanov Ekrem Savaş, On new sequence space defined by a modulus and infinite matrix © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər