02/04/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü yer alıb. Bundan əlavə, 27 mart – Azərbaycanda Elm Günü münasibətilə AMEA Rəyasət Heyətinin təbriki, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi […]
01/04/2022
Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib. Əvvəlcə akademik Arif Həşimov akademik Şahin Mustafayevə 60, AMEA-nın müxbir üzvü Novruz Quliyevə və fizika-riyaziyyat üzrə fəlsəfə […]
31/03/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun «Tətbiqi riyaziyyat», «Dalğa dinamikası» və «Deformasiya olunan bərk cisim mexanikası» şöbələrinin birgə iclasında 30.03.2022-сi il tarixində saat 12:00-da dosent Mahir Əliqulu oğlu Mehdiyevin «İçi boş silindr və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda 2002.01-«Deformasiya olunan bərk cisim mexanikası» ixtisasında mexanika […]
30/03/2022
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. İlk öncə 31 Mart Soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov tədbirdə çıxış edərək, xalqımızın tarixinə […]
30/03/2022
Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kəndində anadan olmuşdur. 1968-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) riyaziyyat ixtisası üzrə Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildən İnstitutda müəllim, kafedra müdiri, İnstitutun qiyabi şöbəsi üzrə prorektor vəzifələrində işləmişdir. 1995-ci ildə Moskva Dövlət Pedaqoji Universitetinin əyani doktoranturasına […]
27/03/2022
Elm ictimai inkişafın nəticəsidir. Yarandığı gündən insanın fəaiyyəti ilə qırılmaz surətdə əlaqədar olmuşdur. Elm bir tərəfdən, daima insan fəaliyyətinin təsiri altında olmuş, digər tərəfdən isə həmin fəaliyyətə fəal təsir göstərmişdir. Elm dünyagörüşünün yaranıb inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Onun əsas vəzifəsi ictimai tələbatın ödənilməsidir. “Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. […]