Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər kainatdakı ən böyük zərbə dalğasını müşahidə ediblər

Astronomlar radiodiapazonda kainatdakı ən böyük zərbə dalğasının detallı fotosunu əldə edə biliblər. Müşahidə edilmiş zərbə dalğasının uzunluğu Süd Yolu qalaktikasından 60 dəfə daha böyükdür və o, kosmik məkanda işıq sürətinə yaxın bir sürətlə artıq 200 milyon il ərzində yayılır. Teleskopların əksəriyyəti bu prosesi müşahidə edə bilmirlər. Lakin qalaktikalardan ibarət topaların toqquşması nəticəsində nəhəng zərbə dalğası əmələ gəlib və həmin zərbə dalğası yalnız radiodiapazonda görünür. Sözügedən tədqiqat çərçviəsində alimlər MeerKAT adlı teleskopdan istifadə […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Cəmil Əliyev, Fikrət Əliyev, Adil Qəribov və aidiyyəti şəxslər iştirak ediblər. Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq […]

Bu gün mexanika sahəsində tanınmış alim Yusif Əmənzadənin anım günüdür

Tanınmış alim Əmənzadə Yusif Əmən oğlu 1914-cü il­ fevralın 18-də Bakı şəhərində anadan olmuş­dur. Azərbay­can Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakül­təsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində nəzəri mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. Riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cəsini (1959), professor elmi adını (1961) […]

8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Qadınlar bayramı Azərbaycanda geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.   Bu gün  Azərbaycan qadınları həyatımızın bütün sahələrində, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir. Qadınlar elm sahəsində aktiv iştirak edir, çalışdıqları […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitunun ED.104 dissertasiya şurasının 04 mart 2022-ci il tarixli (saat 13.00) iclasında Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının dosenti, f.-r. e. n. Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü yer alıb. Bundan əlavə, “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsinə dair Nazirlər Kabinetinin sərəncamı, AMEA Rəyasət Heyəti adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın […]

Faydalı linklər