Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri AMEA-da olub

Dekabrın 21-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Akademik A.Əlizadə qonağa rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O, AMEA-da gənclərin beynəlxalq aləmə inteqrasiyası məqsədilə Avropanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirilən elmi layihələrdən bəhs edib. Alim akademiyada elmin kommersiyalaşdırılması […]

2019-cu il üçün magistraturaya qəbul imtahanlarının tarixləri elan edilib

2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının tarixləri müəyyənləşib. Belə ki, gələn il ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Fevralın 3-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

İnstitutun şöbə müdiri elmin təbliğindəki xidmətlərinə görə təşəkkürnamə ilə təltif edilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova elmin təbliğindəki xidmətlərinə görə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə dekabrın 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in […]

“Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Dekabrın 19-da AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, fil.e.d. Vüqar […]

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmələr üzrə illik hesabatları müzakirə olunub

Geologiya və Geofizika İnstitutunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmələr üzrə hesabatlarının müzakirəsinə həsr olunan iclas keçirilib. Tədbirdə Fizika-Riyaziyyat və Texnika, Biologiya və Tibb, həmçinin Yer elmləri bölmələrinin hesabatları dinlənilib. İclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək təqdim olunacaq hesabatlarda elmi fəaliyyətin daha geniş qabardırılmasının, […]

İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası – IV hissə

1942-1947-ci illərdə Qazax Müəllimlər Seminariyasına Güllüzar Əliyeva rəhbərlik etmişdir. Güllüzar Əliyevanın direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Osman Əfəndiyev işləmişdir. 1947-1950 və 1954-1959-cu illərdə Qazax Müəllimlər Seminariyasına Əhməd Cəlilov rəhbərlik etmişdir. Cəlilov Əhməd Məhəmməd oğlu 1913-cü ildə Qazax qəzasının II Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini öz kəndlərində almış, 1932-ci ildə Qazax pedaqoji məktəbinə daxil […]

Faydalı linklər