11/12/2018
Son illər Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, müasir dövrün çağırışları yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində, elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsi […]
10/12/2018
Yaxşı xatırlayıram 1999-ci ilin oktyabrında Qazax rayon icra hakimiyyəti başçısının imzası ilə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçiriləcəyi və həmin tədbirdə Təhsil Nazirliyinin nümayəndələrinin də iştirakı ilə bağlı məktub almışdım. Tədbirdə iştirak etmək üçün nazirliyin iki nəfər məsul əməkdaşını Qazağa ezam etdik. Tədbirlə bağlı Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” proqramında süjetə baxan Ümummilli Lider Heydər […]
10/12/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Elçin Məmmədovun “Funksiyaların lokal xarakteristikalar terminində təyin olunmuş funksional fəzalarda harmonik analizin inteqral operatorları” mövzusunda 1202.01–Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi […]
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev “Kəsr tərtib diferensial tənliklərlə ifadə olunan optimal idarəetmə məsələlərində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda məruzə edib. Məruzədə prosesə kəsr inteqral formada daxil olan və dinamikası Kaputo mənada verilmiş kəsr differensial tənliklər […]
07.12.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Kontoroviç-Lebedev çevirməsinin doğurduğu Riss potensial operatorunun məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Kontoroviç-Lebedev çevirməsinin doğurduğu Riss potensial operatorunun məhdudluğu haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]
06/12/2018
07.12.2018-ci il saat 12:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Dağ süxuru əhatəsində olan içiboş silindrdə daxili təzyiq təsirinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə xaricindən dağ süxuru ilə əhatə olunmuş uzun içiboş silindrdə daxili təzyiqin təsiri tədqiq ediləcək. Silindrin […]