Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fevralın 25-də ali məktəblərin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın beş şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılacaq. İmtahan saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Ərizələrin qəbulu İnternet vasitəsilə fevralın […]

Doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda müvafiq ixtisas fənləri üzrə fəlsəfə doktorluğu üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir.  İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrlik etdiyi imtahan komissiyasına 1202.01- “Analiz və funksional analiz” ixtisası üzrə 1.f-r.e.d., prof. Həmidulla Aslanov f-r.e.d., prof. Alik Nəcəfov r.e.d. Vüqar İsmayılov 1211.01- “Diferensial  tənliklər” ixtisası üzrə  f-r.e.d., prof.  Əkbər […]

“Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda seminar keçirilib

Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda çıxış edib. Məruzədə sağ tərəfdə naməlum əmsallı hiperbolik tip tənlik üçün tərs məsələlərə baxılıb. Məsələlərin ədədi həlli üçün düz xətlər üsuluna əsaslanan yanaşma təklif olunub. İlkin […]

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında Nazirlər Kabinetinin Qərarı

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılsın: Şuranın sədri Akif Əlizadə – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Şuranın sədr […]

E L A N

23.02.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzəsinin davamı olacaqdır. Məruzədə multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu haqqında danışılacaq. […]

“Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Qurbanov Vəli Məhərrəm oğlu “Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda məruzə edib. Məruzədə matris əmsallı dördüncü (üçüncü) tərtib adi diferensial operatorun məxsusi funksiyalar sistemi üzrə ortoqonal ayrılışların parçada mütləq və müntəzəm yığılması və müntəzəm […]

Faydalı linklər