Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində növbəti elmi-populyar mühazirə keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə martın 16-sı saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirilib. Mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos.Vidadi Mirzəyev “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunun davamını çıxış edib. Mühazirədə birləşmələr nəzəriyyəsinin […]

AMEA-nın müxbir üzvü Mais Həbib oğlu Cavadovun anadan olmasından 88 il ötür

AMEA-nın müxbir üzvü Mais Həbib oğlu Cavadov 22 mart 1929-cu ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Baskal kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. Moskva Dövlət Universitetində aspirantı olmuşdur. 1958-ci ildə akademik Z.I. Xəlilovun rəhbərliyi ilə “Ümumiləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi” mövzusunda namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, əmək […]

“Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunda keçirilən mühazirə YouTube kanalımızda

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Üçüncü mühazirə martın 9-u keçirilib. “Birləşmələr nəzəriyyəsinin əsasları” mövzusunda keçirilən mühazirəyə AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa bilərsiniz. Mühazirədə birləşmələr nəzəriyyəsinin əsas elementləri, tətbiqləri haqqında məktəb kursuna daxil olan və digər kombinator məsələlər […]

“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib

Bu gün saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, t.e.d. Ramin Rza oğlu Rzayev “QEYRİ-SƏLİS MƏNTİQ TARİXİ RAKURSDA: ƏSAS ANLAYIŞLAR VƏ ƏSASLAR” mövzusunda məruzə edib. Məruzədə tarixi verilənlərin pozisiya-binar tərkiblərin qeyri-səlis təhlilinə əsaslanan volatil zaman sıraların yeni proqnozlaşdırma modelləri təqdim olunub. Təklif olunan modellərin prinsipial fərqləndirici xüsusiyyətləri […]

Elmin İnkişafı Fondu “2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib. Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuş “Ən Layiqli Alim – Ə.L.A.” müsabiqəsi alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il ərzində əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda AMEA RMİ-nun “Diferensial tənliklər” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Şəmsiyyə Muradovaya 1211.01-Diferensial tənliklər ixtisası üzrə və “Funksional analiz” şöbəsinin böyük elmi işçisi f-r.e.n. Vüqar Xəlilova isə 1208.01-Ehtimal nəzəriyyəsi ixtisası üzrə dosent elmi adının verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti […]

Faydalı linklər