Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıb

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 min nəfəri ötüb. Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu il iyunun 24-də başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün […]

Alimlərdən xəbərdarlıq: Ayaq üstə işləmək sağlamlığa zərər verə bilər

Ayaq üstə işləmək sağlamlığa zərər verə bilər.Mütəxəssislər ürək sağlamlığına görə, masa arxasında işləyən insanlara gün ərzində hərəkət etmələrini tövsiyə edir. Son illərdə ayaq üstə işləməyə imkan verən, tənzimlənən masaların problemi həll etdiyi iddia olunur. Lakin Avstraliyanın Sidney Universitetinin alimlərinin yeni araşdırmasına görə, bu cür işləmək ürək xəstəlikləri riskini azaltmır və digər sağlamlıq problemlərini də doğura […]

ELAN

23.10.2024- cü  il  saat  10:00-da  Ümuminstitut   seminarında  “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev  İbrahim Mayıl oğlu “Yarım ayrılan və ayrılmayan sərhəd şərtli  Şturm-Liuvil operatorunun spektral xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə müxtəlif  sərhəd şərtli ikinci tərtib diferensial operatorlar  üçün düz və tərs spektral məsələlərə dair son illərdə alınmış elmi nəticələr barədə məlumat vermək […]

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür

Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünü qeyd edir. 33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul […]

“Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı konfrans öz işinə başlayıb

Oktyabrın 16-da “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfrans öz işinə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın təşkilində məqsəd ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

16 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda f.r.-e.d. professor Heybətqulu Mustafayev “BANAX FƏZALARINDA TƏSİR EDEN OPERATORLARIN SPEKTRAL NƏZƏRİYYƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə, Banax fəzalarında təsir edən izometriyaların və Hermit operatorlarınin bəzi spektral xassələrindən bəhs edilib. Bununla yanaşı, spektrin […]

Faydalı linklər