Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Təbrik edirik!

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun Sürüncəklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Raisə Kazımovanın 70 yaşı tamam olması və elmi təşkilati fəaliyyətini nəzərə alaraq onu İnstitutumuzun kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm can sağlıgı, səadət dolu həyat və elmi fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S. Guliyev Çin Respublikasında elmi ezamiyyətdə olmuşdur.

XÜLASƏ AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S. Guliyev Çin Respublikasının Pekin Normal Universitetinin professoru Dachun Yangın dəvəti ilə birgə elmi araşdırmalar aparmaq məqsədi ilə 14 Noyabr 2013 il tarixindən 01 Dekabr tarixinə kimi Pekin Normal Universitetində (Pekin ş., Çin Respublikası)15 gün elmi ezamiyyətdə olmuşdur. Prof. Dachun Yang harmonik analizin […]

11 dekabr 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

E L A N

11.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri f-r.e.d., prof. Əkbər Bayram oğlu Əliyev “Dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu və asimptotikası” mövzusunda məruzəsini davam etdirəcək. Məruzədə dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu üçün Fucita tipli kriteriyalar və qlobal həllərin asimptotikası haqqında alınmış nəticələr şərh […]

Azərbaycan Dövlət Neft Akademiyasının “Ali Riyaziyyat” kafedrasının müdiri dosent MAHİR MİRZƏXAN oğlu SƏBZƏLİYEV 06 dekabr 2013-cü il tarixində “SİNQULYAR HƏYƏCANLANMIŞ DİFERENSİAL TƏNLİKLƏR NƏZƏRİYYƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ” mövzusunda 1211.01 –Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyətlə müdafiə etmişdir.

XÜLASƏ Dissertasiya işində məhdud və qeyri–məhdud oblastlarda sinqulyar həyəcanlanmış, cırlaşdıqda tipini dəyişən, qeyri-xətti elliptik, parabolik, hiperbolik və klassik tiplərə aid olmayan iki müxtəlif tənliklər üçün sərhəd məsələlərinin həllərinin tam asimptotikaları qurulmuş və alınan qalıq hədləri qiymətlən-dirilmişdir. Tədqiq olunan sərhəd məsələlərinin bəziləri üçün cırlaşmış məsələrin həlləri məxsusiyyətlərə malikdirlər. Bəzi sərhəd məsələlərinin həllərinin asimptotik ayrılışları qeyri-ənənəvi üsulla […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 15 saylı iclasında aşağıdakı məsələlər müzakirə olunmuşdur.

I. Payız imtahan sessiyasında (25 noyabr-25 dekabr 2013 il) ixtisaslar üzrə doktorluq imtahanlarını qəbul etmək üçün komissiyaların yaradılması. AMEA Rəyasət Heyətinin 21 noyabr 2013-cü il tarixli 261 saylı Sərəncamına əsasən imtahan komissiyalarının tərkibi və imtahana buraxılanlar təsdiq edildi. İxtisas üzrə doktorluq imtahanlarının qəbulu 2013-cü il noyabr ayının 25-dən dekabr ayının 25-dək keçiriləcək. 2013-cü ilin mühüm […]