Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Konyada 23-cü Beynəlxalq Mexanika Konqresi işə başlayıb

Türkiyənin Konya şəhərində 23-cü Beynəlxalq Mexanika Konqresi işə başlayıb. Dünyanın müxtəlif elm mərkəzlərinin, universitetlərinin mexanika riyaziyyatçı alimlərinin bir araya gəldiyi bu mötəbər elmi tədbirdə ölkəmizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, AMEA-nın müxbir üzvü, Türkiyənin Yıldız Texniki Universitetin professoru Surxay Əkbərov, Bakı Dövlət Univetsitetinin Nəzəri mexanika […]

Turboelektrik nanogeneratorlar: yeni texnologiya yağış damcılarından elektrik əldə etməyi bacarır

Yağış damcıları buludlardan enərkən elektrikə çevrilə bilən az miqdarda enerji əmələ gətirir. Ancaq bu enerji mənbəyini istifadəyə uyğun hala gətirmək çox uzun müddət mümkün olmamışdı. Sinxua Universitetinin alimləri yeni yaratdıqları texnologiya ilə yağış damcılarından alınan elektrik enerjisini qoruyub saxlamağı bacarıblar. Tədqiqatçıların fikrincə, bu prosesə hidroenergetikanın miniatürləşdirilmiş versiyası kimi baxmaq olar. Yağış damcısı enerjisini toplamaq üçün […]

Kainatın ən qədim qalaktikalarından birinin yaşı təyin edilib

Spektoqrafik analiz vasitəsilə Meysi (Maisies) adlı qalaktikanın yaşını təyin etmək mümkün olub. Qeyd etmək lazımdır ki, sözügedən qalaktika kainatın ən qədim qalaktikalarından biri hesab edilir. Aparılmış analizlər vasitəsilə təyin edilib ki, Meysi adlı qalaktika Böyük partlayışdan artıq 390 milyon il sonra formalaşıb. Bu fakt öz növbəsində kainatın ilkin inkişaf mərhələlərində bu cür qalaktikaların daha çox olmasına işarə edir. James Webb kosmik teleskopu vasitəsilə […]

İnsan beynində və ürəyində mikroplastik hissəciklər aşkar edilib

Cənubi Koreyanın Tequ Könbuq Elm və Texnologiyalar İnstitutunun mütəxəssisləri ürək toxumalarında və beyində mikroplastik hissəciklər aşkar ediblər. Məlum olub ki, bu öz növbəsində xroniki iltihablara və vacib orqanların digər ciddi patoloji xəstəliklərinə yol aça bilər. Mütəxəssislər 15 nəfərdə keçirilmiş ürək əməliyyatı zamanı onların ürək toxumalarının nümunələrini və əməliyyatdan əvvəl və sonra qan nümunələrini götürüblər. Daha sonra mütəxəssislər […]

ELAN

Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 22 sentyabr 2023-cü il tarixli iclasında saat 1400-da Xanım İsaxanovna Oməroğlunun “Harmonik analizin inteqral çevirmələrinin bəzi xassələri” mövzusunda 1202.01 –Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru […]

ELAN

AR ETN Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə iclasında 21.09.2023-cü il tarixli  saat 1200-da Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə Fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcək. İclasa qoşulmaq […]

Faydalı linklər