08/09/2025
UNESCO tərəfindən 1967-ci ildən başlayaraq savadlılığın kritik əhəmiyyətini xatırlatmaq üçün 8 sentyabrda bütün dünyada hər il Beynəlxalq Savadlılıq Günü (BEG) qeyd olunur. Əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.UNESCO-nun bu beynəlxalq günlə bağlı açıqlamasında qeyd olunur ki, “savadlılıq hamı üçün əsas insan hüququdur. Bu, digər insan hüquqlarından, daha […]
08/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 3–6 sentyabr 2025-ci il tarixlərində keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı XII Beynəlxalq Elmi Konfrans çərçivəsində ölkəmizə təşrif buyurmuş nüfuzlu alimlər institutun əməkdaşlarına və media nümayəndələrinə müsahibələr veriblər. Müsahibələr zamanı konfrans iştirakçıları Azərbaycanda elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, elmi tədbirlərin təşkil […]
07/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfrans çərçivəsində iştirak edən yerli və xarici alimlər üçün paytaxtın tarixi-mədəni məkanlarına ekskursiya təşkil olunub. Konfrans iştirakçıları Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini yaxından tanımaq məqsədilə Atəşgah məbəd kompleksi, Yanar dağ və Şəhidlər Xiyabanını ziyarət ediblər. Ekskursiya zamanı alimlərə […]
07/09/2025
İsrafilov Daniyal Məhəmməd oğlu, riyazi analiz və funksiyalar nəzəriyyəsi, yaxınlaşma nəzəriyyəsi sahəsində mütəxəssis, 7 sentyabr 1955-ci ildə Qazax rayonu Poylu kəndində anadan olmuş, kənd orta məktəbində oxumuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. 1982-ci ildə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunda (Donetsk) “Kvazikonform sərhədli oblastlarda […]
05/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda XII Beynəlxalq Elmi konfrans öz işini uğurla başa çatdırıb. Tədbirin bağlanış mərasimində çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov konfransın həm elmi, həm də təşkilatı baxımdan yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. […]
05/09/2025
5 sentyabr 2025-ci il tarixində keçirilən plenar sessiya çərçivəsində riyaziyyat və mexanika sahəsində mühüm elmi məruzələr təqdim olundu, eləcə də əhəmiyyətli müzakirələr aparıldı. Sessiyaya professorlar Yalçın Əfəndiyev və Türkər Özsarı sədrlik edirdilər. Plenar sessiyada Riyaziyyat və Mexanika İnstitutunun professoru Vüqar İsmayılov “Uniform approximation by a sum of two algebras”, Litvadan dəvət olunmuş alim Konstatinas Pileckas […]