Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər Alzheimer xəstələrində beyin hüceyrələrinin hansı səbəbdən öldüyünü aşkar ediblər.

Araşdırmanı aparan İngiltərə və Belçika alimləri bununla bağlı məlumat verib. Bildirilib ki, bu məsələ uzun müddətdir tədqiqatçılar arasında müzakirə olunub. Araşdırma “Science” jurnalında dərc edilib. Xəstələrin beynində anormal şəkildə yığılmağa başlayan zülallarla “nekroptoz” adlanan hüceyrə ölümü prosesi baş verir. Bununla da yaddaşın itirilməsi kimi bir xəstəliyin yaranmasına səbəb olur. Alzheimer xəstəliyinin əsas əlamətləri neyron adlanan […]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q3 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Applicable Analysis” (https://www.tandfonline.com/journals/gapa20) (WoS, IF-1.1)   Q3 yüksək  impakt faktorlu jurnalda dərc edilib. “Dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarında maksimal və Kalderon-Ziqmund operatorları və onların tətbiqləri”  adlı məqalədə yeni dəyişən dərəcəli […]

65 Yaşınız Mübarək Mehdi müəllim!

İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür.  Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, sadəliyi, səmimiyyəti və dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, vətənpərvərliyi ilə seçilən Riyaziyyat və Mexanika İnstitutunun  Ümumi işlər üzrə direktor müavini Mehdi Abbas oğlu Məmmədovdur. Mehdi Abbas oğlu Məmmədov 11 yanvar 1959- cu ildə Yevlax şəhərində anadan […]

ELAN

Hörmətli həmkarlar! Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar 12 yanvar 2024-cü il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunda iclas keçiriləcək. İclasda institutun bütün əməkdaşlarının iştirakı mütləqdir. İclas institutun Akt zalında  keçiriləcək. © Bütün hüquqlar qorunur. […]

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı hazırlanacaq

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında da müzakirələr aparılıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində AR Mədəniyyət Nazirliyinə AR Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər. İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. İclasda müzakirə olunan birinci məsələ Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya […]