Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

24.01.2024-cü il tarixində saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Omarova Mehriban Nazim qızı “Orliç-Morri tipli fəzalarda inteqral operatorların tədqiqi və xüsusi törəməli diferensial tənliklərə tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə sinqulyar və sinqulyar olmayan inteqral operatorlar və onların kommutatorlarının ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu və bəzi tətbiqləri müzakirə olunacaqdır. © Bütün […]

ELAN

24 yanvar 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Qeyri harmonik analiz” şöbələrinin birgə iclasında Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qrupunda təyin olunmuş kəsr maksimal və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə […]

Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib

Microsoft şirkəti Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası ilə birləşərək süni zəka vasitəsilə yeni nəsil batareya üçün nəzərdə tutulmuş perspektivli material yaradıb. Bu irimiqyaslı işin yerinə yetirilməsinə 3 gün vaxt sərf edilib. Mütəxəssislər neyron şəbəkəsinə batareya üçün nəzərdə tutulmuş materialların yaradılması tapşırığını veriblər. Lakin yaradılacaq materialların tərkiblərində litium az miqdarda olmalı idi. İlk növbədə neyron şəbəkəsi […]

Bu gün “Vikipediya”nın yaradılmasının 23 ili tamam olur

Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 23 ili tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. Beynəlxalq Vikipediya Günü münasibətilə “Vikipediya”nın Azərbaycan dili bölməsinin inzibatçısı Eldar Əzimov  bildirib ki, “Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 326 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən […]

ELAN

17 yanvar 2024-cü il tarixində saat 10:00-da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitutu seminarı keçiriləcək. Ümuminstitut seminarda institutun “Riyazi analiz ” şöbəsinin  fizika-riyaziyyat elmləri doktoru Mübariz T.Qarayev “Riman Hipotezi və İnvariyant alt fəzalar ” mövzusu ilə çıxış edəcək. Məruzədə cəkili kompozisiya operatorunun invariyant alt fəzalarının Riman Hipotezi ilə əlaqəsi müzakirə […]

“Elm” qəzetinin 2024-cü ildə ilk sayı dərc edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2024-cü ildə ilk sayı çapdan çıxıb.Qəzetin ön səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi əsasında icmal, eləcə də ölkə başçısının Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin və Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamları yer alıb. Qəzetdə AMEA Rəyaət Heyətinin iclası, “Heydər Əliyev və […]