Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

SABAH qruplarında işləmək istəyənlərin nəzərinə!

“SABAH qrupları” layihəsinin bakalavriat və magistratura səviyyələrində 2023–2024-cü tədris ilinin yaz semestri üçün professor-müəllim heyəti və mütəxəssislərin saathesabı qaydada işəqəbulu həyata keçirilir. Müsabiqədə iştirak üçün son müraciət tarixi 14 yanvar saat 23:59 müəyyən edilib. Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/az linki üzərindən “Tədbirlər və elanlar” bölməsinə daxil olaraq əldə edə bilərsiniz. edu.gov.az

NASA metallarla zəngin sönmüş ulduzu tədqiq edib

Astronomlar ilk dəfə olaraq NASA-nın “Çandra X-ray” rəsədxanası və “James Webb” Kosmik teleskopundan alınan məlumatları birləşdirərək, məşhur fövqəlnovanın qalığı “Cassiopeia A” ulduzunu ətraflı şəkildə tədqiq ediblər. Bu tədqiqat ilk dəfə 2023-cü ilin aprelində “James Webb”in məlumatlarında aşkar edilmiş “Yaşıl canavar” adlı məhv olmuş ulduzun qalıqlarında qeyri-adi quruluşu izah etməyə kömək edib. Tədqiqat, həmçinin partlayışla bağlı […]

Google Bard çat-botunun təkmilləşdirilmiş versiyası hazırlanır

Verilmiş məlumata əsasən Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunun təkmilləşdirilmiş versiyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, çat-botun təkmilləşdirilmiş versiyası Bard Advanced adını əldə edəcək. Məlumata əsasən Bard Advanced-in əsasında Google şirkətinin keçən ay təqdim etmiş olduğu Gemini Ultra süni zəka modeli dayanır. Çox güman ki, Gemini Ultra sayəsində Google Bard çat-botun […]

Ötən il 58 nəfərə professor elmi adı verilib

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 58 nəfərə professor elmi adı verilib. Bildirilib ki, onlardan 10 nəfərə texnika elmləri üzrə, 7 nəfərə tibb elmləri üzrə professor adı verilib. Riyaziyyat, biologiya, tarix, sənətşünaslıq, filologiya elmlərinin hər biri üzrə 4 nəfər professor elmi adı alıb. Həmçinin kimya, iqtisad elmləri, hüquq elmlərinin hər biri […]

Havadan su əldə etməyin yeni iqtisadi yolu öyrənilib

Rusiyanın Cənubi Federal Universitetinin alimləri havadan içməli su əldə etməyə imkan verəcək qənaətcil texnologiya hazırlayırlar. Yeni texnoloqiya ilə hətta quraq səhraların atmosferindən də su əldə etmək mümkün olacaq. Bu proses üçün rusiyalı mütəxəssislər gecələr nəm toplayan və gündüzlər buraxan xüsusi sorbentli cihazdan istifadə ediblər. Alimlər artıq cihazın prototipinə malikdirlər və hazırda çöl sınaqları aparılır. Qurğu […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

– Əziz həmvətənlər. 2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi […]