Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında fiskal siyasətin təkmilləşdirilməsini, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti sahəsində islahatlar aparılmasını, dövlət büdcəsi gəlirlərinin formalaşma mənbələrinin təkmilləşdirilməsini, dövlət büdcəsi xərclərinin optimallaşdırılmasını, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılmasını təmin etmək məqsədilə qərara alıram: […]

Yeni süni intellekt texnologiyaları təhsil sahəsini tamamilə dəyişəcək

Təhsil sektoru həmişə innovativliyi ilə seçilib, lakin son illərdə təhsil texnologiyaları (EdTech) misilsiz bir transformasiya yaşayıb. İntellektual texnologiyaların sürətli inkişafı EdTech həllərini daha fərdiləşdirilmiş, əlçatan və cəlbedici edib, bu isə tələbələrin öyrənmə metodlarına, müəllimlərin işinə və təhsil müəssisələrinin fəaliyyətinə ciddi təsir göstərib – virtual siniflərdən və adaptiv öyrənmə platformalarından tutmuş virtual süni intellekt müəllimlərinə və […]

Beyin qocalmasını ləngidən zülal aşkar edilib

San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri beynin qocalmasında əsas rol oynaya biləcək bir zülalı müəyyən ediblər. Araşdırma göstərib ki, siçanlarda FTL1 zülalının artıqlığı yaddaş itkisinə, neyron əlaqələrinin zəifləməsinə və hüceyrə aktivliyinin azalmasına səbəb olur. Alimlər gənc siçanlarda FTL1 səviyyəsini süni şəkildə yüksəltdikdə, onların beyni və davranışı yaşlı fərdlərə bənzəməyə başlayıb. Əksinə, bu zülalın səviyyəsi yaşlı gəmiricilərdə azaldıldıqda, onların idrak funksiyaları bərpa olunub. Qocalma […]

Azərbaycan riyaziyyatçıları -Qəmbər Namazov

Namazov Qəmbər Kazım oğlu, diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 25 avqust 1932-ci ildə Ermənistanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuş, 1952-ci ildə Güllübulaq orta məktəbini gümüş medalla bitirmiş, həmin ildə ADU-nun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olmuş, 1956-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1957-ci ildə AEA-nın aspiranturasına qəbul olmuş, 1962-ci ildə Moskva Dövlət […]

Azərbaycan riyaziyyatçıları -Sadiq Abdullayev

Abdullayev Sadiq Kərim oğlu 1943-cü il avqustun 23-də Ağdaş şəhərində anadan olmuş, 1960-cı ildə Ağdaş şəhər orta məktəbini bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1965-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il ADU-nun əyani aspiranturasına daxil olmuş, 1969-cu ildə professor Arif Babayevin elmi rəhbərliyi ilə “Cəmlənən sıxlıqlı məxsusi […]

2025-ci ilin I yarısında professor elmi adı alanların statistikası açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ilin I yarısında müxtəlif elm sahələri üzrə professor elmi adı alanların statistikasını açıqlayıb. AAK-dan AZƏRTAC-a bildirilib ki, 13 elm sahəsi üzrə professor elmi adı almış iddiaçılara müvafiq attestatlar təqdim olunub. Riyaziyyat üzrə 2, fizika üzrə 2, kimya üzrə 1, biologiya üzrə 1, aqrar elmlər üzrə 1, texnika […]

Faydalı linklər