Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

2 FEVRAL GƏNCLƏR GÜNÜ

2 fevral 2022-ci ildə saat 12:00 da Riyaziyyat və Mexanika İnstitutunda Gənclər Günü münasibətilə tədbir keciriləcək. 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  31 yanvar 2022-ci il tarixində saat 1000 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Sevda Elxan qızı İsayevanın “Qeyri-stasionar tənliklər üçün akustik qoşmalıq şərtli və yaddaş operatorlu qarışıq məsələlər” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Diferensial […]

Beynəlxalq müəlliflər heyətinin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub

Azərbaycanli alim – Milli Nüvə Təqiqatları Mərkəzinin, eyni zamanda Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna şəhəri) böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Elmar Əsgərovun rumın, portuqal, ukraynalı həmkarları ilə həmmüəllif olduğu “İttriumla stabilləşdirilmiş ZrO2 nanozərrəciklərində  suyun adsorbsiya edilməsi ilə geri dönə bilən sürətli (martensitic) faza keçidi” məqaləsi yüksək impakt faktorlu “Nanomateriallar” (Nanomaterials) jurnalında […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

31 yanvar tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Maye qaz və plazma mexanikası” ixtisası üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Yeraltı hidromexanika” fənnindən, ”Riyazi analiz”, “Diferensial tənliklər” ixtisasları üzrə təhsil alan II kurs tələbələri üçün isə “İdarəetmə nəzəriyyəsinin əsas məsələləri” fənnindən imtahanlar keçirilib. Keçirilmiş imtahanlar uğurla başa çatıb. © Bütün hüquqlar qorunur. […]

“Science” jurnalı 2021-ci ilin ən mühüm elmi kəşflərinin siyahısını dərc edib

Məlumata əsasən reytinqdə elm sahəsində 10 elmi kəşf yer alıb. Yeni koronavirus infeksiyasına qarşı peyvəndlər “ilin sıçrayışı” adlandırılır. Digər mühüm kəşf arxeoloji ərazilərin öyrənilməsi ilə bağlıdır. Mütəxəssislər mağara torpağından və milyon ildən çox yaşı olan fosil qalıqlarından nüvə DNT-sini necə çıxarmağı öyrəniblər. Tədqiqatçılar indi nəsli kəsilmiş növlər haqqında məlumatları daha ətraflı öyrənə bilərlər. Elmi sahədə […]

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarının nəticələri dünyada yüksək qiymətləndirilir

“Azərbaycanda son 18 ildə iqtisadi sahədə mühüm layihələr icra olunub, bunun nəticəsində böyük uğurlar əldə edilib. Ötən müddətdə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı işlər görülüb, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində respublika ərazisindən keçən magistral yolların beynəlxalq standartlar […]

Faydalı linklər