Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz”, “Funksional analiz”, “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında 26 yanvar 2022-ci il tarixində, saat 1200-da dosent Aydın Şükür oğlu Şükürovun “Cırlaşan triqonometrik sistemlərin freymlik xassələri, Kostyuçenko tipli sistemlərin bazislik xassələri və bəzi tətbiqlər” mövzusunda 12.02.01-analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclası “Funksional analiz” şöbəsinin müdiri professor […]

Fizika-riyaziyyat elmləri doktoru, professor Cəfər Ağalarov “Çevik tor rabitələr” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin f-r.e.d., prof.  Cəfər Ağalarov “Çevik tor rabitələr” mövzusunda məruzə etdi. İşdə çevik tor rabitələrdə zərbə məsələlərinə baxıldı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Professor Rzayev Ramin “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərin rəqabətliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda məruzə edib

26 yanvar 2022-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında  AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə elmlər doktoru, professor Ramin Rza oğlu Rzayev “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərin rəqabətliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təhsil xidmətlərinin marketinq fəzasının və əmək bazarında universitetin rəqabət […]

24 yanvar dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd olunur

Bu gün – yanvar ayının 24-ü hər il dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin dekabr ayında sülh və inkişafın təminində təhsilin vacibliyini qeyd etmək […]

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Məhəmməd Fərman oğlu Mehdiyevin 80 yaşı tamam olur

2 oktyabr 2021-ci il tarixində jurnalımızın Redaksiya Şurasının üzvü, görkəmli alim, Azərbaycanın Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Məhəmməd Fərman oğlu Mehdiyevin 80 yaşı tamam oldu. Məhəmməd Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Vaqazina Azərbaycan (indiki […]

Himalay buzlaqları 40 il əvvəlkindən 10 dəfə tez əriyir

Yer kürəsinin 2 milyard sakini Himalay dağlarının buzlaqlarından asılıdır və yaxın gələcəkdə həmin insanlar içməli sudan məhrum ola bilərlər. Əsas səbəb isə Himalay buzlaqlarının sürətlə əriməsidir. Himalay dağlarının buzlaqları 700 il bundan əvvəlki vəziyyətdən fərqli olaraq son 40 il ərzində 10 dəfə daha sürətlə əriyirlər. Tədqiqatçılar əmindirlər ki, bunun əsas səbəbi iqlim dəyişiklikləridir. Himalay dağları 2500 km sahəni əhatə edirlər və […]

Faydalı linklər