21/01/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə 2-ci sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində “20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir” sərlövhəli məqalə yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanan anlaşma memorandumu, AMEA-nın elmi müəssisə və təşkilatlarında 20 […]
21/01/2022
21.01.2022 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Diferensial tənliklər”, “Maye, qaz və plazma mexanikası”, “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Harmonik analizin müasir problemleri”, “Xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələsi” və “Örtüklər nəzəriyyəsi” fənnlərindən, II kurs tələbələri üçün isə “Funksiyaların Banax fəzaları”, […]
19/01/2022
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını hörmətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və […]
19/01/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda m.e.d. Elxan Abbasov “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda məruzə etdi. İşdə lay-quyu sistemində laya isti mayenin vurulmasının qeyri-stasionar istilik mübadiləsi prosesinin modeli qurulmuş və sərhəd məsələsinin həlli verilmişdir. Quyu lüləsində istilik itkisi və laya vurulan […]
17/01/2022
Cari ilin 19 yanvar tarixində “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərin rəqabətliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda keçirilməli olan seminar müşavirə, 26 yanvar 2022-ci il tarixdə keçirilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
17/01/2022
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin […]