Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

07 may 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Seminarda İstanbul Koç Universitetinin professoru Varqa Kələntərov, “Qeyri-xətti dissipativ  xüsusi törəməli tənliklərin həllərinin global  stabilizasiyası” mövzusunda məruzə edəcək. Məruzədə qeyri- xətti reaksiya – diffuziya tənlikləri, sönümlü qeyri-xətti dalğa tənlikləri və Navier-Stokes-Voigt tənlikləri üçün başlangıç sərhəd […]

İqlimlə bağlı bir neçə “qırılma nöqtəsi” baş verə bilər

Yeni araşdırma göstərir ki, əgər insanlıq qlobal siyasəti təcili şəkildə dəyişdirməsə, iqlimlə bağlı bir neçə “qırılma nöqtəsi“nin baş vermə ehtimalı var. Alimlərin fikrincə, hazırda fəlakət riski 62% təşkil edir, lakin hələ də bu riskin qarşısını almaq mümkündür. Alimlər uzun illərdir planetin üzərində qara bulud kimi dolaşan iqlim böhranının nəticələri barədə xəbərdarlıq edirlər. Dünya artıq misli […]

Azərbaycan riyaziyyatçıları – Yaşar Şakir oğlu Səlimov

Yaşar Səlimov Şakir oğlu 5 may 1938-ci ildə Ağdaş şəhərində anadan olmuş,1955-ci ildə Nizami adına 2 nömrəli orta məktəbi bitirmiş,həmil il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1960-cı ildə oranı bitirmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun ali riyaziyyat kafedrasında işə başlamış,orada əvvəlcə assistent,sonra isə dosent vəzifəsində çalışmışdır. 1970-ci ildə ADU-da […]

Minilliyin məsələləri

Millennium Mükafatı: Riyaziyyatın Zirvəsi Clay Riyaziyyat İnstitutu (CMI) tərəfindən 2000-ci ildə elan edilən Millennium Mükafatı, müasir riyaziyyatın ən çətin və həlledilməmiş yeddi problemini həll edənlərə verilən beynəlxalq bir mükafatdır. Bu mükafatlar yalnız riyaziyyat sahəsindəki əhəmiyyətli irəliləyişləri tanımaqla yanaşı, həm də elm dünyasında böyük bir stimullaşdırıcı rol oynamağa xidmət edir. Hər bir problemin həllinə görə mükafat […]

Alimlər şüurun beynin hansı hissəsində yarandığını araşdırıblar

Yeddi il davam edən təcrübə şüurun təbiəti ilə bağlı yeni anlayışları üzə çıxarıb və iki görkəmli, rəqabətli elmi nəzəriyyəyə meydan oxuyub. Bunlar inteqrasiya edilmiş informasiya nəzəriyyəsi (İIT) və qlobal neyron iş məkanı nəzəriyyəsidir (GNWT). Mühüm kəşflər “Nature” jurnalında dərc olunub və şüurun mürəkkəb mənşəyini anlamaq məqsədi ilə mühüm məqamı qeyd edib. İIT nəzəriyyəsi şüurun bir […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” yer alıb. Bugünkü sayın ilk səhifələrində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Zərifə Əliyeva işığında: Qadın və dövlətçilik” mövzusunda dəyirmi masa, […]