Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

8 Mart- Beynəlxalq Qadınlar Bayramınız Mübarək!

Əziz xanımlar! Sizi 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi gəlbdən təbrik edirik! Sizlərin cəmiyyətimizin intellektual və mədəni inkişafındakı rolu əvəzsizdir. Siz elmin,təhsilin,mədəniyyətin və ictimai həyatın müxtəlif sahələrində,eyni zamanda,milli estetik zövgün formalaşmasımda bilik və bacarıqlarınızla mühüm nailiyyətlər əldə edərək,cəmiyyətimizin tərəqqisinə dəyərli töhfələr verirsiniz. Bu əlamətdar gündə Sizə möhkəm sağlamlıq,şəxsi və peşəkar fəaliyyətinizdə yeni uğurlar,ailə və […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan-Türkiyə strateji əməkdaşlığında yeni səhifə” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Bəsirətin Zəfəri” adlı yazı və “AMEA-da Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub” sərlövhəli informasiya dərc edilib. Bundan əlavə, qəzetin səhifələrində […]

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz […]

Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” mövzusunda seminar keçirilib

06.03.2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” adlı mövzusunda məruzə edib. Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında məlumat […]

Azərbaycan Elm Fondu müsabiqə elan edir

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçilməsində iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 14-cü “Mobillik qrantı” müsabiqəsini elan edir. Bu barədə […]

E L A N

06.03.2025-ci il tarixində saat 10:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında […]