Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial media hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Hər bir qadına möhkəm cansağlığı, gözəl əhvali-ruhiyyə, tükənməz sevgi, sevinc və ailə səadəti arzulayıram!”.

Riyaziyyat Institutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Riyaziyyat İnstitutu PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini, t.e.d. Elxan Səbziyev Azərbaycan qadınının tarix boyu cəmiyyətdə tutduğu yüksək […]

Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi

04.03.2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut seminarı keçirildi. Seminarı Riyaziyyat İnstitutu PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini, t.e.d. Elxan Səbziyev  açaraq iştirakçıları salamladı və seminarın mövzusunun aktuallığını vurğuladı. Eyni zamanda, belə elmi seminarların mütəmadi keçirilməsinin institutda elmi mühitin daha da güclənməsinə, tədqiqatçılar arasında əməkdaşlığın genişlənməsinə və əldə olunan nəticələrin […]

ELAN

Hörmətli həmkarlar ! 6 mart 2026-ci il tarixində saat 11:00–da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti, Akademik  Musiqili Teatrının aktyoru, Prezident mükafatçısı Əkbər Əlizadə iştirak edəcək. Tədbir Riyaziyyat İnstitutunun akt zalında keçiriləcək (1-ci mərtəbə). © Bütün […]

ELAN

4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək Seminarda AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə və b.e.i.  Ph.D. Vüqar Həşimov “Yaddaşa malik əks-əlaqəli qeyri-xətti dinamik obyektin optimal idarə edilməsi” mövzusunda elmi məruzə ilə çıxış edəcəklər. Seminar Riyaziyyat İnstitutunun akt zalında keçiriləcək (5-ci mərtəbə). © Bütün […]

AzMİU-nun 50 illik yubileyi münasibətilə əməkdaşlara dövlət təltifləri təqdim edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə ali məktəbin əməkdaşlarına Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş yüksək dövlət təltifləri təqdim edilib. Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyinin ölkənin ali təhsil tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, AzMİU məzunlarının həm ölkə […]

Faydalı linklər