17/02/2026
BDU-da yeni nəsil materialların hazırlanması sahəsində Azərbaycanda ilk ixtisaslaşmış elmi-tədqiqat mərkəzi yaradılır. Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, bununla bağlı BDU-nun Elmi Şurası qərar qəbul edib. Yeni texnologiyaların sürətli inkişafı fonunda qabaqcıl materiallar elmi fundamental və tətbiqi tədqiqatların ən prioritet istiqamətlərindən birinə çevrilib. Yüksək texnologiyalar, kvant texnologiyaları, enerji çevrilməsi və enerji saxlanılması üçün […]
17/02/2026
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt infrastrukturunun sürətlə genişlənməsi fonunda əsas məhdudlaşdırıcı faktor artıq hesablama gücü deyil, enerji təminatıdır. Bu dəyişən reallıq fonunda Peak XV Partners Hindistanın enerji texnologiyaları startapı C2i Semiconductors-a 15 milyon dollarlıq investisiya edib. C2i (Control, Conversion and Intelligence sözlərinin qısaltmasıdır) AI data mərkəzləri üçün “plug-and-play” tipli, sistem səviyyəli enerji […]
17/02/2026
AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında müasir dövrdə qabaqcıl rəqəmsal texnologiyaların sürətli inkişafı kontekstində internet platformasında formalaşan cəmiyyətin xüsusi bir tədqiqat obyekti kimi diqqət mərkəzində olduğunu, bu baxımdan süni intellektin müxtəlif aspektlərinə həsr olunmuş konfransların, dəyirmi masaların keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. O, son illərdə […]
17/02/2026
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq. Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi […]
16/02/2026
2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə edilmiş “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcəkdir. Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 2025-2026-cı tədris ilində IT ixtisasları (Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Data analitikası) üzrə ali təhsilin bakalavriat səviyyəsində ümumilikdə 5500-dən artıq, magistratura səviyyəsində isə 1700-ə yaxın qəbul […]
16/02/2026
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun 15 prioritet ixtisas sahəsi müəyyənləşdirilib. “Azərbaycan müəllimi” xəbər verir ki, “Arxitektura və dizayn”, “Aviasiya və kosmos”, “Dövlət idarəetməsi”, “Energetika”, “Ətraf mühit”, “Fundamental və tətbiqi elmlər”, “İctimai səhiyyə”, “İnformasiya texnologiyaları”, “İqtisadiyyat” , “Kənd təsərrüfatı”, […]