Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib” başlıqlı yazı yer alıb. Bugünkü sayın ilk səhifələrində “AMEA rəhbəri: Akademiyanın 80 illik yubileyini Azərbaycan elminin hesabatı kimi dəyərləndiririk” başlıqlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli […]

AMEA-da “Azərbaycan ərazisi (1918-2025)” monoqrafiyasının təqdimat mərasimi keçirilib

AMEA-nın Rəyasət Heyətində Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin “Azərbaycan ərazisi (1918-2025)” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, nəşrin müəllifləri Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov və […]

14 mart dünyada Pi günü

Dünyada məktəblilərdən tutmuş alimlərə qədər bütün riyaziyyat həvəskarları 14 martda “Pi” gününü qeyd edirlər. Pi ədədinin ən çox istifadə olunan yuvarlaqlaşdırılmış qiyməti 3,14-dür. “Pi” günü ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı Exploratorium elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası riyaziyyat və elmə marağı daha çox stimullaşdırmaq üçün hər il martın […]

ELAN

17.03.2025-ci il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Akt zalında  Novruz və Ramazan Bayramları ilə əlaqədar tədbir keçiriləcək.Tədbirdə Bayram münasibəti ilə institutun 24 əməkdaşına bayram sovqatı təqdim ediləcək. Həmkarlar Təşkilatı © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb. Görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib. Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə elmi inkişafın […]

Eynşteynin ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasını birləşdirə biləcək yeni nəzəriyyə təqdim edilib

Fiziklər kainatın ən böyük sirrlərindən bəzilərini həll etməyə kömək edə biləcək yeni qravitasiya nəzəriyyəsini təqdim ediblər. Alimlər hesab edirlər ki, kvant qravitasiyası entropiyadan (sistemin nizamsızlıq səviyyəsi, kainatda daim artır) qaynaqlana bilər. Bu yeni nəzəriyyə nəhayət ki, birlikdə işləməyən Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə kvant fizikası arasında əlaqə yarada bilər. Son 100 ildən çoxdur ki, Eynşteynin ümumi nisbilik nəzəriyyəsi qravitasiyanın ən yaxşı izahıdır. Eyni dövrdə […]

Faydalı linklər