Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanın müstəqillik qazanmasından 105 il keçir

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Nasib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxslinkinin və başqalarının böyük xidmətləri olmuş, bu görkəmli şəxslərin adları […]

Çin alimləri nanorobotları xərçəng, diabet və infarktın müalicəsi üçün öyrədiblər

Harbin Texnologiya İnstitutunun alimləri dərmanları qan damarları vasitəsilə insan bədəninin istənilən yerinə çatdıra bilən nanorobotlar yaratmaqla bütün xəstəliklərin müalicəsində inqilab ediblər. Nanorobotlar bədənin xərçəngli şişdən təsirlənən hər bir hüceyrəsinə, istər beynində olsun, istərsə də yumurtalıqlarında dərman çatdıracaq və yeridəcək. Nanorobotlar həmçinin ürəyin zədələnmiş nahiyəsinə kök hüceyrələri çatdırmaqla infarktdan xilas edə biləcək. Ürəyin təsirlənmiş bölgələrini sağaltmaqla, […]

NASA kosmosa nüvə mühərrikli raket göndərməyi planlaşdırılır

NASA kosmosa nüvə mühərrikli raketin göndərilməsi planından danışıb. Məlumata əsasən bu cür raket kosmosa bu onilliyin ikinci yarısında göndəriləcək. Məlumatda həmçinin qeyd edilib ki, nüvə mühərrikinə sahib raketin kosmosa göndərilməsi prosesi çərçivəsində insanların həyatları təhlükə altında olmayacaq. Belə ki, nüvə mühərriki raketin Yer kürəsi səthindən təhlükəsiz məsafəyə qədər uzaqlaşdığı zaman çalışmağa başlayacaq. NASA bu layihə çərçivəsində ABŞ Müdafiə Nazirliyinin DARPA idarəsi ilə […]

ELAN

Hörmətli həmkarlar! 9-11 iyun 2023-cü il tarixlərində AR ETN Riyaziyyat və Mexanika Institutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə Nabranda yerləşən “Xəzər” istirahət mərkəzinə  üç günlük  gəzinti həyata keçiriləçəkdir. 1 nəfər üçün səfərin qiyməti 80 AZN təşkil edir.  Arzu edənlər 1 iyun tarixinədək müraciət edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

ABŞ hökuməti dövlət qurumlarına süni zəkanın inteqrasiyasını planlaşdırır

ABŞ hökuməti dövlət qurumlarına süni zəkanın inteqrasiya edilməsi mövzusunda ictimaiyyət nümayəndələri ilə müzakirə aparmağı planlaşdırır. Müzakirə mövzusu kimi ABŞ hökumətinin süni zəka sistemlərindən istifadə siyasəti çıxış edəcək. ABŞ prezidenti administrasiyasında qeyd ediblər ki, süni zəka ən güclü müasir texnologiyalardan biridir. Lakin ondan iri miqyasda istifadə yalnız onunla bağlı olan risklərin minimuma endiriləcəyi halda mümkün ola bilər. Belə […]

Ümumdünya Səhiyyə Təşkilatı istifadəçiləri süni zəka-dan daha diqqətli şəkildə istifadə etməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) istifadəçiləri ictimai sağlamlıq sahəsində süni zəka əsaslı alətlərdən daha diqqətli şəkildə istifadə etməyə çağırıb. ÜST-ün bu çağırışı ilk növbədə generativ süni zəka sistemlərinin tərkiblərində olan böyük dil modellərini (Large Language Model / LLM) əhatə edir. Qeyd etmək lazımdır ki, ChatGPT və Google Bard kimi sistemlər məhz LLM əsasında çalışırlar. ÜST qeyd edib ki, sağlamlıq ilə bağlı məlumatların əldə edilməsi prosesinin sadələşdirilməsində LLM-dən istifadənin bütün […]