Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bunlar beyni pozur və vaxtından əvvəl öldürür

Alimlər bu qənaətə gəliblər ki, qazlı içkilər, çörək və pizza beyni zəiflədir və vaxtından əvvəl ölümə səbəb olur. Araşdırmaların nəticələri “Annals of Neurology” jurnalında dərc edilib. Qazlı içkilər siyahıda birinci yeri tutub. On il ərzində tədqiqatçılar qazlı içkilər içən 4300 nəfəri analiz edib. Nəticədə onların əksəriyyətində demensiya diaqnozu qoyulub. İkinci yeri tərkibində trans yağları olan […]

“Dalğa dinamikasi” şöbəsinin fizika-riyaziyyat elmləri doktoru, dosent Nazilə Bilal qızı Rəsulova “Elastodinamikanın müstəvi məsələlərinin kompleks dəyişənli analitik funksiyalarla ifadəsi” mövzusunda məruzə edib

Bu gün AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. RMİ-nin ümuminstitut seminarında “Dalğa dinamikasi” şöbəsinin fizika-riyaziyyat elmləri doktoru, dosent Nazilə Bilal qızı Rəsulova “Elastodinamikanın müstəvi məsələlərinin kompleks dəyişənli analitik funksiyalarla ifadəsi” mövzusunda məruzə edib. Məruzədə işdə hiperbolik tipli  diferensial tənliklər sistemi həllərinin, kompleks dəyişənli analitik funksiyalarla ifadəsi nümayiş etdirilir. […]

ELAN

10.05.2023-сü il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.n. Rəsulov Mübariz “Qeyri-bircins elastikodinamika məsələlərinin yeni həll üsulu” mövzusunda çıxış edəcəkdir. Özünün Laplas və Furye təsviri ilə üst-üstə düşən funksiyaların tətbiqi ilə xüsusi tərtibli törəməli tənliklərin cəbri tənliklərə gətirilməsindən bəhs olunur. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar […]

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı beynəlxalq elmi konfrans başa çatıb

AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı üç günlük beynəlxalq konfrans öz işini uğurla başa çatdırdı. Konfransa sədrlik edən ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nən müxbir üzvü, professor Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq  Ulu Öndər […]

Bədənin hərarətinin azalması insanın ömrünü uzada bilər

Almaniyalı tədqiqatçılar aşkar ediblər ki, bədənin hərarətinin azalması qocalma prosesinin sürətinə və zülallar mübadiləsində yaşla bağlı dəyişikliklərə təsir göstərir. Bədən hərarətinin orta dərəcədə aşağı düşməsi həm soyuqqanlı, həm də istiqanlı orqanizmlərə, o cümlədən insan orqanizminə yaxşı təsir göstərir. Lakin alimlər bədən hərarətinin azalması halında uzunömürlülüyü artıran müəyyən mexanizmlər haqqında indiyədək az məlumatlı olublar və bu […]

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür

Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Sonra Moskva şəhərində Mərkəzi […]