Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis edilib

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. “Azərbaycan müəllimi” verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoruna verilib. muallim.edu.az

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Builki Beynəlxalq Ana Dili Gününün mövzusu bu əlamətdar günün 25 illik yubileyinə həsr edilir. Hazırda dünyada olan 8324 dildən bir çoxu qloballaşma və sosial dəyişikliklər səbəbindən yox olmaq riski altındadır. Təhsil sistemlərinin öz ana dilində öyrənmək hüququnu dəstəkləməsi təlim nəticələrinin yaxşılaşdırılması üçün çox vacibdir. Beynəlxalq […]

Daha bir universitetimiz “QS Stars” reytinq qiymətləndirməsində 5 ulduz (“mükəmməl”) əldə edib

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsi davam edir. Belə ki, qiymətləndirmənin yekunlaşdığı növbəti ali təhsil müəssisəsi olanAzərbaycan Dövlət İqtisad Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə, 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Dövlət İqtisad Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə […]

Kvant dünyasında zamanın iki istiqamətdə axdığı məlum olub

Böyük Britaniya alimlərinin son araşdırması göstərib ki, kvant reallığında zaman həm irəli, həm də geri axa bilər. Bu kəşf zamanın xətti olması ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına atır və əlavə tədqiqatlara ehtiyac yaradır. Ənənəvi olaraq, zaman keçmişdən gələcəyə doğru hərəkət edən xətti axın kimi qəbul edilir. Lakin Surrey Universitetinin Riyaziyyat və Fizika Məktəbi alimlərinin aparmış olduqları yeni araşdırma bu anlayışı şübhə altına atır. […]

ELAN

 “Elm” qəzetinin 14 fevral 2025-ci il tarixli elanına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir: “Optimal idarəetmə” şöbəsi üzrə Şöbə müdiri  -1 ştat vahidi “Funksional analiz” şöbəsi üzrə Aparıcı elmi işçi  -1 ştat vahidi “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə Aparıcı elmi işçi  -1 ştat vahidi […]

Görkəmli alim Qabil Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim Qabil Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya təşkil edilib. Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq alimin mənalı həyat yolundan geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən bəhs edib. Professor Misir Mərdanov qeyd edib ki, […]

Faydalı linklər