Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb

Aprelin 26-da AMEA-nın Əsas binasında AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Əvvəlcə elmi ictimaiyyətin nümayəndələri Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini […]

Süni intellekt (AI) sistemləri təliminin dayandırılmasını təklif etdilər

Onlar potensial risklər barədə xəbərdarlıq edən açıq məktub imzalayıb və AI sistemlərinin inkişafı üzrə yarışın nəzarətdən çıxdığını bildiriblər Texnologiya nəhəngləri bəşəriyyət üçün təhlükə qorxusu fonunda güclü süni intellekt (AI) sistemlərinin təliminin dayandırılmasını təklif ediblər. Onlar potensial risklər barədə xəbərdarlıq edən açıq məktub imzalayıb və AI sistemlərinin inkişafı üzrə yarışın nəzarətdən çıxdığını bildiriblər. BBC telekanalı xəbər […]

Dünyanın ilk süni intellekt hökumət müşaviri təqdim edildi

Rumıniya dünyanın ilk süni intellekt hökumət müşavirini təqdim etdi. Ölkənin baş naziri Nikolae Çuke (Nicolae Ciucă) Nazirlər Kabinet iclasında İon adlı yeni məsləhətçisini təqdim edərək deyib: “Robot dünyada süni intellektlə işləyən ilk hökumət müşaviridir. Hesab edirəm ki, süni intellektdən istifadə seçim yox, daha çox məlumatlı qərarlar qəbul etmək üçün zərurətə çevrilməlidir”. Baş nazir robotu işə […]

Elmi-texniki yeniliklər

Yeyilə bilən batareya istehsal edildi İtaliya Texnologiya İnstitutunun (IIT) tədqiqatçıları gündəlik həyatda qida kimi istehlak edilən məhsullardan istifadə edərək təkrar doldurula və yeyilə bilən batareya istehsal ediblər. “Technology Networks”un xəbərinə görə, batareya yeyilə bilən yumşaq robotlar kimi sağlamlıq diaqnozunun qoyulması və qida keyfiyyətinin izlənməsi üçün istifadə edilə bilər. Tədqiqat Milanda IIT Çap və Molekulyar Elektronika Laboratoriyasının koordinatoru Mario Caironinin […]

General – Misir Mərdanov yazır

Misir MƏRDANOVAMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor 1941-ci ildə Sovet qoşunları Cənubi Azərbaycan ərazisinə daxil olub Milli hökumətin qurulmasına yardım etmişdi. Ancaq bu hadisələr müharibənin əvvəlində baş vermişdi, məğlubiyyət xofu uzaqlaşmağa başlayan 1943-cü ildən sonra Sovet siyasəti dəyişməyə başladı və İranda yaradılmış (ötən məqalədə haqqında danışılmış) Azərbaycan Milli hökumətini tarixin arxivinə […]

İlin ilk Günəş tutulması başlayıb

Bu gün 2023-cü ilin ilk tutulma hadisəsi – Günəş tutulması başlayıb. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır. Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb və saat 10:59-da sona çatacaq. Ümumilikdə […]