Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dahilərin dünyaya fərqli baxışı

Bu yazıda məşhurların maraqlı həyat tərzlərindən bəhs edəcəyik və bu barədə topladığımız maraqlı məlumatları təqdim edirik. Con Lenon Əfsanəvi ingilis kvarteti “Bitlz”qrupunun məşhur solisti Con Lennon dənizi hədsiz dərəcədə çox sevirdi. Her şey belə başlayır. O,1975-ci ildə yaradıcılıq böhranı keçirir və müəyyən müddət ərzində mahnı bəstələyə bilmir. 1980-ci ildə “Megan Jaye” adlı yaxtanı icarəyə götürərək […]

Dahilik və məşhurluq heç də xoşbəxtlik deyilmiş…

Çox maraqlıdır ki, ABŞ-ın sabiq prezidenti Tomas Ceferson öz məzar daşının dizaynını özü yaratmışdı. Hətta məzar daşının üzərində olan mətni belə özü yazmışdı. Lakin nədənsə yazdığı mətndə ABŞ-ın prezidenti olduğunu qeyd etməmişdi. Polşalı alim Mari Küri iki dəfə Nobel mükafatı alan yeganə qadındır. O, həmçinin bu mükafatı iki fərqli sahədə – həm fizika, həm də kimya üzrə qazanan […]

AMEA-da “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatı olub

Mayın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdən öncə MEK-in foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib. Tədbiri giriş sözü ilə […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət etməsinə dair məlumat yer alıb. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti, Şuşa şəhərində keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı, AMEA Rəyasət Heyətinin […]

ELAN

17 may 2023-cü il tarixində, saat 10:00-da RMİ-nin ümuminstitut seminarında Qeyri harmonic analiz şöbəsinin böyük elmi işçisi r.ü.f.d Hüseynli Əli Abbas oğlu “İki cəbrin cəmi vasitəsiylə ən yaxşı yaxınlaşma üçün Çebışev tip alternans teoremi” mövzusunda məruzə edəcəkdir. Məruzədə İşdə kompakt metrik fəzada təyin olunmuş həqiqiqiymətli kəsilməz funksiyalar fəzasının iki qapalı altcəbrləri vasitəsiylə ən yaxşı yaxınlaşma […]

Alimlər CO2 qazının qida məhsullarına çevrilməsi üsulunu təklif ediblər

Münhen Texniki Universitetinin alimləri CO2 qazının daha bir təkrar emal üsulunu fikirləşiblər. Belə ki, alimlər CO2 qazından qida zülalının yaradılmasını təklif ediblər. Alimlərin fikirlərinə əsasən bu üsul ilə insanları qida məhsulları ilə təmin etmək mümkün olacaq. Kənd təsərrüfatı heyvanlarının yemlərində və eləcə də insanların qidalarında istifadə edilən süni zülalın istehsalı üçün bəzi amin turşularına ehtiyac duyulur. Alman alimlər L-alanin adlı amin turşusunun sintezi üçün nəzərdə tutulmuş biokimyəvi […]