19/02/2025
20.02.2025-ci il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında məlumat şərh […]
18/02/2025
Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir. “Əsas Qrant Müsabiqəsi – 2025” aparıcı alimlər tərəfindən həyata keçirilən elmi-tədqiqat layihələri proqramı çərçivəsində fundamental və tətbiqi xarakterli elmi tədqiqatlar üçün ayrılır. Həm perspektivli gənc alimlər, həm də məşğul olduğu elm sahəsində lider olan tədqiqatçılar qrant üçün müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək üçün layihələr […]
18/02/2025
Bu gün Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun”Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin baş elmi işçisi,professor Qabil Əliyevin 90 yaşı tamam olur. Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963-1966-cı illərdə AMEA […]
18/02/2025
Son illər “Azərbaycanca Vikipediya”da könüllülərin sistemli fəaliyyəti sürətlənib. Fəaliyyətdə həm kəmiyyət, həm də keyfiyyətdə üstünlük özünü göstərir. Könüllülər tərəfindən məzmunlu, etibarlı istinadlara söykənən məqalər yaradılır və zənginləşdirilir. Bu günlərdə “Azərbaycanca Vikipediya”da redaktələrin sayı 8 milyonu keçib. Bu faktın özü Azərbaycan “Vikipediya” İcmasının səmərəli fəaliyyətin aparıldığının nəticəsi kimi qəbul etmək olar. Həm də onu göstərir ki, Azərbaycan […]
18/02/2025
19 fevral tarixində tədqiqatçılar üçün “Yüksək impakt faktorlu jurnallarda nəşr üçün strategiyalar” mövzusunda vörkşop keçiriləcək. Vörkşop elmi məqalələrin nüfuzlu jurnallarda nəşr etdirilməsi üçün effektiv texnika və strategiyalar kimi mövzuları əhatə edəcək. Vörkşopda iştirak üçün aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Təqdimatçı: “Elsevier” nəşriyyatının elmi redaktoru Banu Bayram Mövzu: Redaktorların gözləntiləri çərçivəsində məqalə […]
17/02/2025
Fevralın 12-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Əminağa Sadıqovu Sumqayıt Dövlət Universitetinin kollektivinə təqdim edib. Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqova həvalə olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əminağa Sadıqov 1980-1985-ci illərdə Dnepropetrovsk Dövlət […]