17/02/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanın elm məbədi və simaları” adlı məqaləsi dərc edilib. Bundan əlavə, qəzetdə AMEA Rəyasət Heyətinin iclası, mərhum professor Fərid […]
17/02/2025
Hörmətli həmkarlar! 19.02.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda professor Qabil Qəribxan oğlu Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Tədbir institutun Akt zalında baş tutacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
14/02/2025
12 fevral tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetində “SCOPUS AI – Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” adlı növbəti info-sessiya keçirilib. Elm və ali təhsil müəssisələrindən 300 nəfərdən çox akademik və inzibati heyətin iştirakı ilə baş tutan info-sessiyada Agentliyin əməkdaşları tərəfindən “Scopus” elmmetrik bazasından və “SCOPUS AI” […]
14/02/2025
ABŞ-dan olan geofiziklər qrupu, Yer kürəsinin ən dərin geosferi olan və təxminən 1200 km radiusa malik daxili nüvəsində struktur dəyişikliklərinin sübutlarını aşkar ediblər. Bu kəşf, alimlərin uzun illərdir Yer kürəsinin mərkəzində nələrin baş verdiyi ilə bağlı mübahisələrinə aydınlıq gətirir, lakin eyni zamanda nüvədəki dəyişikliklərin günün uzunluğuna, Yer kürəsinin maqnit sahəsinə və digər proseslərə necə təsir etdiyinə dair yeni suallar doğurur. Alimlər […]
14/02/2025
Sevginin ən gözəl hədiyyəsi kitabdır! Təsəvvür edin, bir kitab oxuyursunuz. Səhifələri çevirdikcə yeni dünyalar kəşf edir, fərqli insanlarla tanış olur, zaman və məkan anlayışını unudursunuz. Sonuncu səhifəni bağlayanda isə artıq özünüzü daha yaxşı hiss edirsiniz – sanki bu kitab sizə dost olub, sizə nəsə öyrədib və bir parça da olsa, sizi dəyişib. İndi isə onu […]
14/02/2025
Həmidulla Aslanov 16 fevral 1950 ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1967-ci ildə Hərimankənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1972-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş və Universitetin zəmanəti ilə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına (doktoronturasına) qəbul olunmuşdur. Onun elmi rəhbəri […]