Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Aprelin 30-da elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb. Proqram iştirakçılarını salamlayan Emin Əmrullayev “Maarifçi”lərlə bağlı gözləntilərini dilə gətirib. Nazir bu kimi proqramların tələbə və gənclərlə ünsiyyət, onların dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılması baxımından faydalılığını qeyd edib.  Emin Əmrullayev həmçinin sözügedən proqramın əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. […]

Riyaziyyat və Mexanika institutunda növbəti Ümuminstitut seminarı keçirildi

01 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda tanınmış alim, Avstraliya Federasiya Universitetinin professoru Adil Bağırov “Rəqəmsal optimallaşdırma və onun tətbiqləri üçün dəstə üsulları” mövzusunda məruzə ilə çıxıb edib. İşdə, məqsəd funksiyalarının iki qabarıq funksiyanın fərqi şəklində göstərildiyi qeyri-məhdud optimallaşdırma məsələlərinə baxılır. […]

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

Aprelin 28-də Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. Atası Əziz Əliyev bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm […]

Dünyanın aparıcı elmi-analitika şirkəti olan “Elsevier” korporasiyasının rəhbər şəxsləri ilə görüş keçirilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova dünyanın aparıcı elmi-analitika şirkəti olan “Elsevier” korporasiyasının Amsterdamda yerləşən baş ofisində şirkətin rəhbər şəxsləri ilə görüşüb. Görüşdə “Elsevier” şirkətinin nümayəndələri Azərbaycanda elmi-tədqiqat işlərinə həsr olunmuş və təhlilə əsaslanan təqdimatla çıxış ediblər. Əlavə olaraq, süni intellektdən istifadə etməklə yeni analitik təhlil alətləri təqdim olunub. Görüş Azərbaycanda […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 03 may 2024-cü il tarixli iclasında saat 14:00-da Leyla Vidadi qızı Nəsirovanın “Bəzi qeyri-ətti məxsusi qiymət məsələlərinin həllərinin birtərəfli qlobal bifurkasiyası” mövzusunda 1202.01-Analiz və […]

“Elm”qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında sonuncu sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri” başlıqlı icmal təqdim edilib. Bügünkü sayda AMEA-da Rəyasət Heyətinin iclası, “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda elmi konfrans və Naxçıvanda keçirilən akademik Rəhim Rəhimovun 100 illik yubiley tədbiri haqqında yazılar da yer alıb. Qəzetdə […]