Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

30.03.2018-сi il tarixində saat 12.00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda çıxış edəcəkdir. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilib. Silindrin ox […]

E L A N

30.03.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqralı və onun kommutatorunun Orliç […]

“Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., AMEA-nın professoru Vüqar Elman oğlu İsmayılov “Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda məruzə edib. Məruzədə Hilbertin 13-cü probleminin tarixi, bu problemin V.İ. Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, kəsilməz funksiyalar üçün Kolmoqorov superpozisiya teoreminin müxtəlif gücləndirilmiş […]

E L A N

28.03.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., AMEA-nın professoru Vüqar Elman oğlu İsmayılov “Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbertin 13-cü probleminin tarixi, bu problemin V.İ. Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, kəsilməz funksiyalar üçün Kolmoqorov superpozisiya teoreminin müxtəlif gücləndirilmiş variantları və […]

“Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda məruzə edib. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyaya baxılıb və onun Lp →Lq– məhdudluğu haqqında məlumat verilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda  seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib.  Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, […]

Faydalı linklər