06/10/2025
08.10.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Topoloji gruplarda verilmiş ölçülər ardıcıllığının yığılması haqqında bəzi nəticələr” mövzusunda məruzə edəcəkdir. Seminarda lokal kompakt qruplar üzərində təyin edilmiş ölçülərin iterasiyalarının asimptotik xassələrindən bəhs edilecəkdir. Məruzədə həmçinin bu sahədə aparılmış tədqiqatların tarixi […]
03/10/2025
Hörmətli həmkarlar! 06 oktyabr 2025-ci il tarixində, saat 14:00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak edəcək. Tədbir institutun akt zalında baş tutacaq. Əməkdaşların iştirakı vacibdir. © Bütün […]
29/09/2025
01.10.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda Bakı Dövlət Universitetinin II kurs magistrantı Vüqar Əli oğlu Quliyev “Üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə edəcəkdir. Məruzədə üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşması məsələsinin yaranma və inkişafı tarixindən […]
24/09/2025
Hörmətli həmkarlar! Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş elmi tədbirlər çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim Holm Altenbachun iştirakı ilə vörkşop keçiriləcək. Seminar və görüşlərin proqramı: 29 sentyabr (Bazar ertəsi), 10:30 – 13:00“Sürüncəklik mexanikasının tarixi və elmi qrupun nəticələri” adlı genişləndirilmiş seminar(Korpus 1, otaq 317) 30 sentyabr […]
22/09/2025
Hörmətli həmkarlar! 28 sentyabr 2025-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsi tərəfindən əməkdaşlarımız üçün Şamaxıya bir günlük gəzinti təşkil olunur. Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şamaxıda keçiriləcək bu gəzinti sizə təbiət qoynunda istirahət etmək, gündəlik iş rejimindən uzaqlaşmaq və kollektivlə xoş vaxt keçirmək imkanı yaradacaq. Gəzintidə iştirak etmək istəyən əməkdaşlardan Həmkarlar Komitəsinin […]
22/09/2025
24.09.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, professor Rəşid Əvəzağa oğlu Əliyev “Çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə edəcəkdir. Məruzədə çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşması məsələsinin yaranma və […]