Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Seminarlar

Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi

14 iyun 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nin ümuminstitut seminarında İnstitutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru, prof. Rəşid Əvəzağa oğlu Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirin bəzi məsələləri” mövzusunda məruzə edib. Məruzədə ridge funksiyaları haqqında ətraflı məlumat verildi, tətbiq sahələri göstərildi və ridge funksiyaların cəmi […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

31 may 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. İnstitutun Qeyri-harmonik analiz şöbəsi r.e.d., dosent Telman Qasımov “Sonlu parçada verilmiş adi differensial operatorların məxsusi funksiyalarının bazislik xassələri” mövzusunda məruzə edib. Məruzədə sonlu parçada verilmiş adi diferensial operatorlar üçün iki nöqtəli, çoxnöqtəli və inteqral şərtləri ilə verilən sərhəd məsələlərinin requlyar […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

24 may 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. RMİ-nin ümuminstitut seminarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Hacıyeva Günel Razim qızı «2mx2m Dirak sisteminin məxsusi və qoşulmuş vektor-funksiyalarının xassələri” mövzusunda məruzə edib. Məruzədə 2m tərtibli Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üçün qiymətləndirmələr alınır, məxsusi və qoşulmuş […]

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “İkinci tərtib kəsilməzlik modulunun üzərinə bir şərt qoyulmuş cəmlənən periodik funksiyaların müxtəlif xassələri haqqında” mövzusunda məruzə edib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda RMİ-nın “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “İkinci tərtib kəsilməzlik modulunun üzərinə bir şərt qoyulmuş cəmlənən periodik funksiyaların müxtəlif xassələri haqqında” mövzusunda məruzə etdi. İkinci tərtib kəsilməzlik modulunun verilmiş majorantı ilə təyin olunmuş 2-periodik cəmlənən funksiyalar sinfində onların müxtəlif […]

Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari”  mövzusunda məruzə etdi. Məruzədə Banax funksional fəzaları, onların xüsusi tip altfəzaları, müəyyən hallarda belə altfəzaların riyazi təsviri, ümumiləşmiş Banax-Sobolev fəzaları […]

“Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dosent İbrahimov Elman Cavanşir oğlu “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar üçün güclü və zəif tipli bərabərsizliklər” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dosent İbrahimov Elman Cavanşir oğlu “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar üçün güclü və zəif tipli bərabərsizliklər” mövzusunda məruzə etdi. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar […]

Faydalı linklər