Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

02.05.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin əməkdaşı a.e.i., r.i.f.d., dos Aydin Şükürov “Kostyuçenko sistemi şəkilli sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə: • Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt; • Birinci hissədə alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına […]

Alimlərimiz pedaqoji təhsil üzrə IV Beynəlxalq foruma dəvət olunublar

22-24 may 2018-ci il tarixlərində Rusiyanın Kazan şəhərində Kazan Federal Universitetində pedaqoji təhsil üzrə IV Beynəlxalq forum keçiriləcək.Foruma Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov, “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov dəvət olunublar. Tədbirdə alimlər “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan məktəblərində hesab məsələləri kitabları” adlı […]

“İdentifikasiya məsələlərində xətti diskriminant təhlil metodları” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçirilib. Seminarda “Qeyri-harmonik” analiz şöbəsinin dissertantı Atabəy Quliyev “İdentifikasiya məsələlərində xətti diskriminant təhlil metodları” mövzusunda məruzə edib. Məruzədə peyk məlumatlarının emalında xətti diskriminant təhlil metodlarının tətbiqinin əsas problemləri müzakirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda seminar keçirilib

“Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Valid Salmanov “Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda məruzə edib. Məruzə çəkili Sobolev-Morrey tipli fəza təyin edilir, bu fəzanın çəkili Lebeq-Morrey fəzası ilə kompleks müstəvinin düz cəminə izomorfluğu göstərilir. Sonra eksponent sisteminin bu fəzada bazisliyi […]

“Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında” mövzusunda məruzə edib. Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunub. Bu siniflərdə arqumenti hissə-hissə kəsilməz funksiya olan […]

Rusiya Professorlar Cəmiyyəti

2016 – cı ildə Rusiyada, Moskva şəhərində “Rusiya Professorlar Cəmiyyəti” yaranmışdır. İndi yüksək nüfuz qazanmış Cəmiyyətin əsas məqsədi elmi, akademik  fəaliyyətdə fundamental dəyərlərin, standartların formalaşmasına, elmi fəaliyyətlərin əlaqələndirilməsinə, müasir elmi sahələrin qarşılıqlı əlaqədə inkişafına, alimlərin mənafeyinin qorunması, maliyyə resurslarının tapılması və b. k. məsələlərdir. Cəmiyyət qarşılıqlı faydalanma prinsipi ilə, eyni zamanda bir zamanlar Rusiya elmi […]

Faydalı linklər