25/04/2018
Clarivate Analytics (Thomson Reuters) tərəfindən AMEA-nın elmi müəssisələrinin əməkdaşları üçün aşağıda qeyd edilən mövzularda seminarın keçirilməsi planlaşdırılır. 1. Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası (02 may 2018-ci il saat 10.00-13.00) Academic İntegiry (Akademik bütovlük) – yırtıcı jurnallar və onlarla mübarizə üsullar; Jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi […]
26.04.2018–ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçiriləcəkdir. Seminarda “Qeyri-harmonik” analiz şöbəsinin dissertantı Atabəy Quliyev “İdentifikasiya məsələlərində xətti diskriminant təhlil metodları” mövzusunda məruzə edəcəkdir. Məruzədə peyk məlumatlarının emalında xətti diskriminant təhlil metodlarının tətbiqinin əsas problemləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
24/04/2018
Nəsirəddin Tusinin bəzi elmi baxışları haqqında. Cisimlərin strukturu. Atomistik nəzəriyyənin inkarı. Bu məsələyə [13]-ün 2-ci bölməsinin 1-ci fəslində – elementar hissəciyin inkarına həsr edilmiş məsələdə baxılır. Tusinin dövründə cisimlərin nədən təşkil edilməsi haqqında aşağıdakı fikirlər mövcud idi: – cisim bölünməz elementar hissəciklərdən təşkil edilmişdir. Bir qrup alim həmin hissəciklərin sonlu sayda, digər bir qrup isə […]
24/04/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin seminarı keçirilib. Seminarda f-r.e.d. prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunun davamı ilə məruzə edib. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınmışdır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilmişdir. Silindrin […]
23/04/2018
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə türkiyəli yazıçı, tədqiqatçı, professor Yavuz Akpınar müəssisənin “İlin alimi” mükafatına layiq görülüb. Aprelin 23-də institutun Elektron akt zalında mükafatın təqdimetmə mərasimi keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Y.Akpınarın bu mükafata Azərbaycan ədəbiyyatının Türkiyədə tədqiqi və təbliği istiqamətində araşdırmalarına görə layiq görüldüyünü […]
25.04.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında ” mövzusunda məruzə edəcəkdir. Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunur. Bu siniflərdə arqumenti hissə-hissə kəsilməz […]