Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda Ümuminstitut seminarı keçirilib

Ümuminstitut seminarında RMİ-nin “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri, t.e.n Nağıyev Həsən Əli oğlu “Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda məruzə edib. Sağ tərəfində kommutasiya funksiyasının mövcudluğu ilə xarakterizə olunan pilləsiz transmissiyalı (variator) intiqalın diferensial tənlikləri müzakirə olunub. Friksion sürüşmələri də nominal […]

E L A N

Obyektiv səbəbdən Ümuminstitut seminarı 3-cü gün yox, 4-cü gün – 22 dekabr  saat 10:00-da keçiriləcək. Seminarda RMİ-nin “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri, t.e.n Nağıyev Həsən Əli oğlu “Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda məruzə edəcək. Sağ tərəfində kommutasiya funksiyasının mövcudluğu ilə […]

“Tenzorların Lift Problemləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Atatürk Universitetinin professoru Arif Səlimov “Tenzorların Lift Problemləri” mövzusunda məruzə edib. Bu məruzədə diferensiyallana bilən baza çoxobrazlılarından onların laylaşan fəzalarına tenzor strukturaların genişləmələrinə (liftlərinə) baxılıb. Bu genişləmələri qurmaq üçün müəllif tərəfindən təklif olunan yeni metodun əsasları təqdim olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

14.12.2016-ci il saat 10:00-da Ümuminstitut seminarında Atatürk Universitetinin professoru Arif Səlimov “Tenzorların Lift Problemləri” mövzusunda məruzə edəcəkdir. Bu məruzədə diferensiyallana bilən baza çoxobrazlılarından onların laylaşan fəzalarına tenzor strukturaların genişləmələrinə (liftlərinə) baxılacaqdır. Bu genişləmələri qurmaq üçün müəllif tərəfindən təklif olunan yeni metodun əsasları təqdim olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Dissertasiya Şurasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

09 dekabr 2016-cı il tarixində  AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının növbəti iclasında Çingiz Məmməd oğlu Həşimovun “Sərhəd şərtlərinə spektral parametr daxil olan kəsilən diferensial operatorun məxsusi funksiyalarının ümumiləşmiş Lebeq fəzalarında bazislik xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə […]

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan yeni kitablar

Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov – Məktəblinin riyaziyyatdan izahlı lügəti – Bakı “Radius” 2016-296 səh.   © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər